https://sputnik.az/20221205/bayramov-revanin-verdiyi-natamam-mina-xeritesi-her-hefte-facielere-getirib-cixarir-449309449.html
Bayramov: İrəvanın verdiyi natamam mina xəritəsi hər həftə faciələrə gətirib çıxarır
Bayramov: İrəvanın verdiyi natamam mina xəritəsi hər həftə faciələrə gətirib çıxarır
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri bildirib ki, Azərbaycan Ermənistan tərəfinin Laçın dəhlizindən məqsədyönlü şəkildə qeyri-humanitar istifadə etməsindən narahatdır. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T17:00+0400
2022-12-05T17:00+0400
2022-12-05T17:00+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449303863_0:160:3072:1888_1920x0_80_0_0_f4349b2d326092be5090539d80e2b97f.jpg
BAKI, 5 dekabr — Sputnik. Bakı İrəvanla münasibətlərin normallaşdırılması prosesində Moskvanın rolunu yüksək qiymətləndirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Bakı üçtərəfli bəyanatların fundamental bəndlərinin tam şəkildə həyata keçirilməsini vacib hesab edir. XİN rəhbəri Ermənistan tərəfinin bəyanatların bəndlərinə tam əməl etməməsindən təəssüfləndiyini bildirib."Erməni birləşmələri hələ də Qarabağ ərazisindən çıxarılmayıb. Bundan başqa, mina məsələsi Azərbaycan üçün problemlidir və həssasdır. Erməni tərəfinin təhvil verdiyi mina sahələrinin natamam xəritəsi hər həftə faciələrə gətirib çıxarır", - nazir vurğulayıb.O, 44 günlük müharibənin bitməsindən indiyədək 268 nəfərin mina qurbanı olduğunu, 35-nin mülki vətəndaş olmaqla 45 nəfərin həyatını itirdiyini diqqətə çatdırıb.Bundan əlavə, o, deyib ki, Azərbaycan Ermənistan tərəfinin Laçın dəhlizindən məqsədyönlü şəkildə qeyri-humanitar istifadə etməsindən narahatdır."Bundan başqa, Azərbaycanın qərb sərhədləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların və konkret olaraq nəqliyyat dəhlizlərinin açılması prosesində ləngimə var", - Bayramov bildirib.Sülh müqaviləsinin imzalanmasıCeyhun Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında nizamlanma məsələsində həmişə ardıcıl fəaliyyət göstərib."Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsi irəliləyiş üçün yaxşı əsasdır", - Azərbaycan XİN rəhbəri vurğulayıb.O bildirib ki, üçüncü cavab paketi Ermənistan tərəfinə təqdim olunub."Biz düşünürük ki, ilin sonunadək biz danışıqların üçüncü raundunu keçirə bilərik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bütün istiqamətlərdə - delimitasiya, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması məsələlərində irəliləyiş hələ də yetərli deyil". Bayramov əlavə edib.Qarabağ ermənilərinin reinteqrasiyasıAzərbaycan diplomatı xatırladıb ki, Bakı Qarabağ ərazisində yaşayan erməni millətindən olan vətəndaşların Azərbaycana reinteqrasiyası ilə bağlı öz mövqeyini əvvəllər bəyan edib, onlar qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq digər vətəndaşlarla bərabər əsasda bütün hüquqlara malik olacaqlar."Bölgəmizdə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün bütün beynəlxalq aktorlar bu prosesi dəstəkləməlidir", - diplomat bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449303863_171:0:2902:2048_1920x0_80_0_0_cced0ec1466362ed59003069e9bf927f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov
Bayramov: İrəvanın verdiyi natamam mina xəritəsi hər həftə faciələrə gətirib çıxarır
Azərbaycan XİN rəhbəri bildirib ki, Azərbaycan Ermənistan tərəfinin Laçın dəhlizindən məqsədyönlü şəkildə qeyri-humanitar istifadə etməsindən narahatdır.
BAKI, 5 dekabr — Sputnik. Bakı İrəvanla münasibətlərin normallaşdırılması prosesində Moskvanın rolunu yüksək qiymətləndirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı üçtərəfli bəyanatların fundamental bəndlərinin tam şəkildə həyata keçirilməsini vacib hesab edir. XİN rəhbəri Ermənistan tərəfinin bəyanatların bəndlərinə tam əməl etməməsindən təəssüfləndiyini bildirib.
"Erməni birləşmələri hələ də Qarabağ ərazisindən çıxarılmayıb. Bundan başqa, mina məsələsi Azərbaycan üçün problemlidir və həssasdır. Erməni tərəfinin təhvil verdiyi mina sahələrinin natamam xəritəsi hər həftə faciələrə gətirib çıxarır", - nazir vurğulayıb.
O, 44 günlük müharibənin bitməsindən indiyədək 268 nəfərin mina qurbanı olduğunu, 35-nin mülki vətəndaş olmaqla 45 nəfərin həyatını itirdiyini diqqətə çatdırıb.
Bundan əlavə, o, deyib ki, Azərbaycan Ermənistan tərəfinin Laçın dəhlizindən məqsədyönlü şəkildə qeyri-humanitar istifadə etməsindən narahatdır.
"Bundan başqa, Azərbaycanın qərb sərhədləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların və konkret olaraq nəqliyyat dəhlizlərinin açılması prosesində ləngimə var", - Bayramov bildirib.
Sülh müqaviləsinin imzalanması
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında nizamlanma məsələsində həmişə ardıcıl fəaliyyət göstərib.
"Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsi irəliləyiş üçün yaxşı əsasdır", - Azərbaycan XİN rəhbəri vurğulayıb.
O bildirib ki, üçüncü cavab paketi Ermənistan tərəfinə təqdim olunub.
"Biz düşünürük ki, ilin sonunadək biz danışıqların üçüncü raundunu keçirə bilərik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bütün istiqamətlərdə - delimitasiya, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması məsələlərində irəliləyiş hələ də yetərli deyil". Bayramov əlavə edib.
Qarabağ ermənilərinin reinteqrasiyası
Azərbaycan diplomatı xatırladıb ki, Bakı Qarabağ ərazisində yaşayan erməni millətindən olan vətəndaşların Azərbaycana reinteqrasiyası ilə bağlı öz mövqeyini əvvəllər bəyan edib, onlar qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq digər vətəndaşlarla bərabər əsasda bütün hüquqlara malik olacaqlar.
"Bölgəmizdə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün bütün beynəlxalq aktorlar bu prosesi dəstəkləməlidir", - diplomat bildirib.