https://sputnik.az/20221205/bayramov-danisiqlarin-intensivliyi-baki-ile-moskva-arasinda-feal-dialoqun-subutudur-449303395.html
Bayramov: Danışıqların intensivliyi Bakı ilə Moskva arasında fəal dialoqun sübutudur
Bayramov: Danışıqların intensivliyi Bakı ilə Moskva arasında fəal dialoqun sübutudur
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri bildirib ki, Rusiya ilə ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslar yaxşı ənənəyə çevrilib. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T16:04+0400
2022-12-05T16:04+0400
2022-12-05T16:04+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298882_0:0:2924:1645_1920x0_80_0_0_80b54ca0829af9c893d555d1f98e6279.jpg
BAKI, 5 dekabr — Sputnik. Azərbaycanla Rusiya arasında liderlər, o cümlədən hökumət başçıları, aidiyyəti nazirlik və idarələr, habelə Rusiya Federasiyasının subyektlərinin rəhbərləri səviyyəsindən başlayaraq müxtəlif istiqamətlər üzrə danışıqlar prosesinin intensivliyi ölkələrimiz arasında mövcud olan dialoqun ən bariz təzahürüdür. Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə bildirib.Ceyhun Bayramov bildirib ki, Rusiya ilə ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslar yaxşı ənənəyə çevrilib.Ceyhun Bayramov qeyd edib ki, son 30 ildə görülən işlərin yekunlarına nəzər salmaq, təhlil etmək, həmçinin gələcək üçün planları müəyyən etmək üçün çox yaxşı imkan var."Bu baxımdan, qarşılıqlı ticarət dövriyyəsinin, elmi-texniki və humanitar əlaqələrin artırılması baxımından qarşılıqlı əlaqəni əks etdirən və tənzimləyən müvafiq yol xəritələrinin icrasına da diqqət yetirmək lazımdır", - deyə Azərbaycan xarici işlər naziri qeyd edib."Hesab edirəm ki, bu gün bizim bütün spektri keçmək imkanımız olacaq. Həmçinin, mühüm mövzu Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonra normallaşması, Rusiya Federasiyasının vasitəçilik səyləri və üçtərəfli bəyanatların həyata keçirilməsidir. Məncə, bütün bu məsələləri bu gün müzakirə etmək imkanı olacaq", - deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini yekunlaşdırıb.Qeyd edək ki, Moskvadakı Qəbullar Evində Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında danışıqlar aparılır.Gündəlikdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi var.Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, iki ölkə arasında üçtərəfli sazişlərə uyğun olaraq münasibətlərin ən yüksək səviyyədə normallaşmasına kömək etmək Rusiyanın xarici siyasət prioritetlərindən biridir."Moskva həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayır və tərəflərin müraciəti əsasında lazımi yardımı göstərməyə hazırdır", - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298882_193:0:2924:2048_1920x0_80_0_0_22c1b753e6dc819852a43e9059ca34ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
ceyhun bayramov, rusiya
Bayramov: Danışıqların intensivliyi Bakı ilə Moskva arasında fəal dialoqun sübutudur
Azərbaycan XİN rəhbəri bildirib ki, Rusiya ilə ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslar yaxşı ənənəyə çevrilib.
BAKI, 5 dekabr — Sputnik. Azərbaycanla Rusiya arasında liderlər, o cümlədən hökumət başçıları, aidiyyəti nazirlik və idarələr, habelə Rusiya Federasiyasının subyektlərinin rəhbərləri səviyyəsindən başlayaraq müxtəlif istiqamətlər üzrə danışıqlar prosesinin intensivliyi ölkələrimiz arasında mövcud olan dialoqun ən bariz təzahürüdür. Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə bildirib.
Ceyhun Bayramov bildirib ki, Rusiya ilə ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslar yaxşı ənənəyə çevrilib.
Ceyhun Bayramov qeyd edib ki, son 30 ildə görülən işlərin yekunlarına nəzər salmaq, təhlil etmək, həmçinin gələcək üçün planları müəyyən etmək üçün çox yaxşı imkan var.
"Bu baxımdan, qarşılıqlı ticarət dövriyyəsinin, elmi-texniki və humanitar əlaqələrin artırılması baxımından qarşılıqlı əlaqəni əks etdirən və tənzimləyən müvafiq yol xəritələrinin icrasına da diqqət yetirmək lazımdır", - deyə Azərbaycan xarici işlər naziri qeyd edib.
"Hesab edirəm ki, bu gün bizim bütün spektri keçmək imkanımız olacaq. Həmçinin, mühüm mövzu Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonra normallaşması, Rusiya Federasiyasının vasitəçilik səyləri və üçtərəfli bəyanatların həyata keçirilməsidir. Məncə, bütün bu məsələləri bu gün müzakirə etmək imkanı olacaq", - deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Moskvadakı Qəbullar Evində Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında danışıqlar aparılır.
Gündəlikdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi var.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, iki ölkə arasında üçtərəfli sazişlərə uyğun olaraq münasibətlərin ən yüksək səviyyədə normallaşmasına kömək etmək Rusiyanın xarici siyasət prioritetlərindən biridir.
"Moskva həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayır və tərəflərin müraciəti əsasında lazımi yardımı göstərməyə hazırdır", - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.