CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda moped oğruları saxlanılıb

© AP Photo / John LocherMoped, arxiv şəkli
Moped, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
BAKI, 5 dekabr — Sputnik. Yasamal rayonunda moped oğruları saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar.
Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xəbər lenti
0