https://sputnik.az/20221205/azerbaycandaki-bu-xestexanada-hekimlerin-orta-ayliq-maasi-2026-manatdir-449312707.html
Azərbaycandakı bu xəstəxanada həkimlərin orta aylıq maaşı 2026 manatdır
Azərbaycandakı bu xəstəxanada həkimlərin orta aylıq maaşı 2026 manatdır
Sputnik Azərbaycan
2019-cu ildə isə bu tibb mərkəzində həkimlərin orta əməkhaqqı 365 manat olub. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T23:45+0400
2022-12-05T23:45+0400
2022-12-05T23:45+0400
xəstəxana
səhiyyə
mərkəzi klinik xəstəxana
kliniki tibbi mərkəz
həkim
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_0:0:1920:1080_1920x0_80_0_0_a10471614af9f415b2b518d6766f927c.jpg
BAKI, 5 dekabr — Sputnik. Kliniki Tibbi Mərkəzdə ən aşağı həkim maaşı 1200 manatdır.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, həkimlərin maaşları sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir:"Kliniki Tibbi Mərkəzdə 2019-cu ildə həkimlərin orta əməkhaqqı 365 manat olub. Hazırda bu xəstəxanada orta aylıq əməkhaqqı 2026 manat 53 qəpikdir. 2019-cu ildə tibb bacılarının maaşı 258 manat olub, hazırda isə 596 manat 94 qəpikdir".Xatırladaq ki, Azərbaycanda bir sıra tibb işçilərinin əməkhaqqına tətbiq edilən əlavələr artırılıb. Bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150% artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur. Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_131:0:1838:1280_1920x0_80_0_0_add9589e9c0b912cc094e6601d836de2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəstəxana, mərkəzi klinik xəstəxana, kliniki tibbi mərkəz, həkim
xəstəxana, mərkəzi klinik xəstəxana, kliniki tibbi mərkəz, həkim
Azərbaycandakı bu xəstəxanada həkimlərin orta aylıq maaşı 2026 manatdır
2019-cu ildə isə bu tibb mərkəzində həkimlərin orta əməkhaqqı 365 manat olub.
BAKI, 5 dekabr — Sputnik. Kliniki Tibbi Mərkəzdə ən aşağı həkim maaşı 1200 manatdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həkimlərin maaşları sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir:
"Kliniki Tibbi Mərkəzdə 2019-cu ildə həkimlərin orta əməkhaqqı 365 manat olub. Hazırda bu xəstəxanada orta aylıq əməkhaqqı 2026 manat 53 qəpikdir. 2019-cu ildə tibb bacılarının maaşı 258 manat olub, hazırda isə 596 manat 94 qəpikdir".
Xatırladaq ki, Azərbaycanda bir sıra tibb işçilərinin əməkhaqqına tətbiq edilən əlavələr artırılıb. Bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150% artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur. Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.