https://sputnik.az/20221205/azerbaycan-peykini-orbite-lon-maskin-sirketi-buraxa-biler-449285715.html
Azərbaycan peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
Azərbaycan peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
Sputnik Azərbaycan
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X"... 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T11:25+0400
2022-12-05T11:25+0400
2022-12-05T11:25+0400
"spacex"
azərbaycan xəbərləri
peyk
ilon mask
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445498147_0:161:3071:1888_1920x0_80_0_0_f7d440fa745b479b68e86d0eb2f545ec.jpg
BAKI, 5 dekabr — Sputnik. "Biz növbəti yerüstü müşahidə peykinin – "AzerSky 2"nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir".Bunu Report-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib."Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir.Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarının icrası hələ iki il sonra olacaq. "AzerSky 2"nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur", - deyə o qeyd edib.Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445498147_170:0:2901:2048_1920x0_80_0_0_1f93410ea42115ec90f0194753970776.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"spacex", peyk, ilon mask
"spacex", peyk, ilon mask
Azərbaycan peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir.
BAKI, 5 dekabr — Sputnik. "Biz növbəti yerüstü müşahidə peykinin – "AzerSky 2"nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir".
Bunu Report-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
"Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir.
Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarının icrası hələ iki il sonra olacaq. "AzerSky 2"nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur", - deyə o qeyd edib.
Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb.