NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC+ komitəsi alyansa cari razılaşma parametrlərini saxlamağı tövsiyə edib

© AFP 2024 / JOE KLAMAROPEC, arxiv şəkli
OPEC, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Kartel bu ilin noyabr ayından hasilatı yenidən - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 milyon barel azaldıb.
BAKI, 4 dekabr - Sputnik. OPEC+ Nazirlərin Monitorinq Komitəsi alyansa sazişin mövcud parametrlərini saxlamağı, hasilatı gündə 2 milyon barel azaltmağa davam etməyi tövsiyə edib. Bu barədə RİA Novosti-yə nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
"Tövsiyə - cari razılaşmanı qüvvədə saxlamaqdır", - deyə agentliyin mənbəsi bildirib.
İndi komitənin tövsiyəsi növbəti iclası planlaşdırılan bütün OPEC+ nümayəndə heyətlərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir.
xatırladaq ki, OPEC+ 2020-ci ilin may ayında pandemiyanın səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb.
Cari ilin avqust ayından ittifaq bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçib, lakin noyabr ayından hasilatı yenidən - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 milyon barel azaldıb
Sövdələşmə iştirakçıları qərarlarını dünya iqtisadiyyatı ilə bağlı proqnozların qeyri-müəyyənliyi və müvafiq olaraq neftə tələbatın azalması perspektivləri ilə izah ediblər.
Belə ki, oktyabrın sonunda OPEC-in baş katibi Haysam əl-Qeys bildirib ki, OPEC+ 2022-ci ilin dördüncü rübündə və 2023-cü ilin əvvəlində neft bazarında profisit proqnozlaşdırır və bu səbəbdən hasilatı yenidən azaltmaq qərarına gəlib.
Xəbər lenti
0