Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

© AFP 2023 / YURI CORTEZƏsgər, arxiv şəkli
Əsgər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Düşmənin təxribat əməllərinə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 4 dekabr - Sputnik. Ermənilər növbəti dəfə atəşkəsi pozub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər lenti
0