CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji içkilərindən uşaqlara təhlükəli çağırış: Bəs Agentlik hara baxır?

© Sputnik / Elvin AhmadEnerji içkisi, arxiv şəkli
Enerji içkisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı Cahid Həsənov deyir ki, 20-25 il öncə reklam sahəsində vəziyyət indikindən daha yaxşı idi.
BAKI, 4 dekabr — Sputnik. "Dərslərin aşıb-daşır? "Red Bull" qanadlandırır".
Küçələrdə tez-tez belə reklamlara rast gəlmək olar. Hətta dayanacaqlarda da bu cür reklamlara çox rast gəlirik.
Belə içkilərin azyaşlılar, gənclər üçün zərərləri haqda kifayət qədər məlumatlar yayılsa da, onların reklamları sayəsində aparılan maarifləndirici məlumatların da heç bir əhəmiyyəti qalmır.
Azərbaycan Dövlət Reklam Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, qanunvericilikdə enerji içkilərinin reklamının qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur: "Bu baxımdan ADRA həmin reklamların açıq məkanda yayımlanmasına qadağa qoya bilmir. Bununla yanaşı, agentlik tərəfindən yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların açıq məkanda yayımlanmasının qarşısının alınması diqqətdə saxlanır. Amma bu, yalnız tövsiyə xarakteri daşıyır və qanunvericilik yol vermədiyinə görə burada hər hansı məhdudiyyətdən söhbət gedə bilməz".
Sözügedən reklama gəlincə, ADRA onun orta məktəblərin yaxınlığında yayımlanmasına icazə verməyib. Buna səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarıdır. Qərarda göstərilib ki, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.
Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı Cahid Həsənovun sözlərinə görə, bu reklamların qanunvericiliyə zidd olmaması o demək deyil ki, reklam mətnlərində həddindən artıq şişirdilmiş çağırışlar olmalıdır.
"Şişirdilmiş çağırışlaırn qarşısı alınmalıdır. ADRA buna baxmalıdır", - deyə o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
"ADRA yalan reklamların qarşısını almalıdır. Bir şey olan kimi qanunu əsas gətirirlər ki, qanun icazə verir. Məgər hər ay qanun dəyişməlidir? Kimsə demir ki, bu qadağan olunmalıdır. Bu o demək deyil ki, mən də bir bina tikib onu satmaq üçün reklam mətnində qeyd etməliyəm ki, 10 mərtəəbəli binanın sonuncu mərtəbəində kifayət qədər pul var. Yaxud da , bu binada kim ev alacaq, uçacaq, bu tip reklamı yayımlaya bilmərik axı", - Həsənov əlavə edib.
C.Həsənov deyir ki, qanuna nə qədər dəyişiklik edilsə də, 20-25 il öncə reklam sahəsində vəziyyət indikindən daha yaxşı idi:
"Qanunu əsas gətirmək vəziyyətdən çıxış yolu olmalı deyil. Nəzarətdən qaçma primitiv çıxış yoludur".
Xəbər lenti
0