Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yollanıb

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə, arxiv şəkli
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiya XİN-in məlumatına görə, rusiyalı həmkarı ilə görüşdə Bayramov ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə edəcək.
BAKI, 4 dekabr - Sputnik. Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.
Səfər barədə Rusiya Xarici İşlər Nazirliyi də məlumat yayıb. Sənəddə bildirilir ki, görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Xəbər lenti
0