DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İranda əxlaq polisinin ləğvini müsbət siqnal hesab edir

© AP Photo / Emrah Gurelİstanbulda iranlı Məhsa Əmininin ölümünə etiraz edən qadın saçını kəsir, arxiv şəkli
İstanbulda iranlı Məhsa Əmininin ölümünə etiraz edən qadın saçını kəsir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
ABŞ dövlət katibi Blinken İranda vitse-polislərin ləğvini müsbət siqnal adlandırıb
BAKI, 4 dekabr - Sputnik. İran hakimiyyətinin vitse-polisni ləğv etməsi ilə bağlı xəbərləri potensial müsbət siqnal adlandırmaq olar. Bu barədə bazar günü, dekabrın 4-də ABŞ-ın dövlət katibi Entoni Blinken CBS telekanalında bildirib.
“Əgər rejim indi etirazlara hansısa şəkildə cavab veribsə, bu, müsbət hal ola bilər. Amma bunun praktikada necə olacağını görməliyik”, - deyə o bildirib.
Blinkenin sözlərinə görə, bundan sonra iranlılar özləri qərar verməlidirlər.
Qeyd edək ki, dekabrın 4-də İranın baş prokuroru Mohammad Cəfər Montazeri 22 yaşlı Məhsa Aminini öldürməkdə ittiham olunan əxlaq polisni ləğv etdiyini açıqlayıb.
O adıçəkilən qurumun məhkəmə sistemi ilə heç bir əlaqəsinin olmadığını dilə gətirib.
Baş prokuror həmçinin qeyd edib ki, ölkədə hicab taxmaq qaydalarına yenidən baxıla bilər.
Prezident İbrahim Rəisi də öz növbəsində bildirib ki, “konstitusiyanın həyata keçirilməsi üçün çevik ola biləcək üsullar var”.
Xatırladaq ki, İranda etirazlar və iğtişaşlar sentyabrın ortalarında başlayıb. Onlara Məhsa Əmininin ölümü səbəb olub – qız hicabı "səhv” taxdığı üçün polis onu saxladıqdan sonra dünyasını dəyişib.
Xəbər lenti
0