DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında toqquşma baş verib

© AFP 2023 / VIKTOR DRACHEVQırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli
Qırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
Tacikistan vətəndaşları Somonien kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib.
BAKI, 3 dekabr - Sputnik. Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.
Bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan- Red) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.
“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, - xidmətdən bildirilib.
Bu arada Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib (Report).
Xəbər lenti
0