Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatı tarixin ən bahalı turniridir

Abunə olmaq
Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı təkcə nəticələrinə görə deyil, həm də dünya tarixinin ən bahalı idman hadisəsi kimi tarixə düşəcək. Daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Dünya Çempionatının təşkilatçıları onun keçirilməsinə inanılmaz məbləğdə vəsait - 200 milyard dollar xərcləyiblər. Bu, son yeddi Dünya Çempionatının təşkilinə ümumilikdə xərclənən məbləğdən daha çox böyük məbləğdir. Belə ki, ABŞ (1994), Fransa (1998), Cənubi Koreya (2002), Almaniya (2006), Cənubi Afrika (2010), Braziliya (2014) və Rusiyada (2018) keçirilən Dünya Çempionatına ümumilikdə 44,3 milyard dollar xərclənib.
Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək üçün çəkilən xərclər üzrə əvvəlki rekord - 15 milyard dollara başa gələn mundial Braziliyaya məxsus olub. 2018-ci ildə Rusiyada əvvəlki Dünya Çempionatının təşkili isə 11,6 milyard dollar qiymətləndirilir.
Üstəlik, Qətər Futbol üzrə Dünya Çempionatının büdcəsi nəinki əvvəlki bütün dünya futbol forumlarını, həm də Yay Olimpiya Oyunlarını da üstələyib. Görünür, yaxın gələcəkdə Ayda mundial təşkil olunmadığı halda, Qətərin "nailiyyətini" çətin ki, kimsə üstələyə bilsin.
Xəbər lenti
0