https://sputnik.az/20221203/neftin-taleyi-hell-olunur-opec-nazirleri-bu-gun-videokonfrans-formatinda-toplasacaq-449238518.html
Neftin taleyi həll olunur: OPEC nazirləri bu gün videokonfrans formatında toplaşacaq
Neftin taleyi həll olunur: OPEC nazirləri bu gün videokonfrans formatında toplaşacaq
Sputnik Azərbaycan
Qlobal neft bazarının qeyri-sabitliyi fonunda neft hasilatının daha da azaldılacağı gözlənilir. 03.12.2022, Sputnik Azərbaycan
2022-12-03T11:33+0400
2022-12-03T11:33+0400
2022-12-03T12:08+0400
dünya xəbərləri
opec
opec nazirlər şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369746_0:142:3136:1906_1920x0_80_0_0_7bf0e7149b09e5d229e23f15154b67ba.jpg
BAKI, 3 dekabr - Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nazirlərinin dekabrın 3-də videokonfrans vasitəsilə iclası keçirəcək.Təşkilatın dekabr toplantısı “OPEC plus” ölkələrinin dekabrın 4-nə planlaşdırılan və videokonfrans formatında keçiriləcək iclası ərəfəsində baş tutacaq.Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Bu görüşdə qlobal neft bazarının qeyri-sabitliyi fonunda neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.OPEC ölkələrinin nümayəndələrinin belə görüşü adətən ildə iki dəfə keçirilir. Təşkilatın sonuncu iclası iyunun 29-da onlayn rejimdə baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369746_203:0:2934:2048_1920x0_80_0_0_356f1c258cdf151429782a4093f6b817.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
opec, opec nazirlər şurası
opec, opec nazirlər şurası
Neftin taleyi həll olunur: OPEC nazirləri bu gün videokonfrans formatında toplaşacaq
11:33 03.12.2022 (Yenilənib: 12:08 03.12.2022) Qlobal neft bazarının qeyri-sabitliyi fonunda neft hasilatının daha da azaldılacağı gözlənilir.
BAKI, 3 dekabr - Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nazirlərinin dekabrın 3-də videokonfrans vasitəsilə iclası keçirəcək.
Təşkilatın dekabr toplantısı “OPEC plus” ölkələrinin dekabrın 4-nə planlaşdırılan və videokonfrans formatında keçiriləcək iclası ərəfəsində baş tutacaq.
Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Bu görüşdə qlobal neft bazarının qeyri-sabitliyi fonunda neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.
“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
OPEC ölkələrinin nümayəndələrinin belə görüşü adətən ildə iki dəfə keçirilir. Təşkilatın sonuncu iclası iyunun 29-da onlayn rejimdə baş tutub.