SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan İrana nota verib

© AFP 2024 / STRINGERФлаг Азербайджана возле Худаферинского моста, фото из архива
Флаг Азербайджана возле Худаферинского моста, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
XİN son günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olması məsələsinə münasibət bildirib.
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olması məsələsinə münasibət bildirib.
XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.
“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilmişdir. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - o vurğulayıb.
Xəbər lenti
0