https://sputnik.az/20221203/azerbaycan-erazisinde-askarlanmis-minalarin-ekseriyyetinin-istehsalcisi-ermenistandir-449254156.html
Azərbaycan ərazisində aşkarlanmış minaların əksəriyyətinin istehsalçısı Ermənistandır
Azərbaycan ərazisində aşkarlanmış minaların əksəriyyətinin istehsalçısı Ermənistandır
Sputnik Azərbaycan
Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. 03.12.2022, Sputnik Azərbaycan
2022-12-03T17:50+0400
2022-12-03T17:50+0400
2022-12-03T18:35+0400
azərbaycan xəbərləri
mina
bmt
yaşar əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426980616_0:0:1201:676_1920x0_80_0_0_1cdb6d447a1ac1f89ddcbe590920d1b1.jpg
BAKI, 3 dekabr - Sputnik. "Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir".Bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.Qeyd edilib ki, Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib."Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib, 131 hadisə kasetli sursatlarla bağlı olub", - məruzədə deyilir. Burada həmçinin qeyd edilib ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426980616_0:0:1065:799_1920x0_80_0_0_ce9a6f26d27636e8fab125a72308c035.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, bmt, yaşar əliyev
Azərbaycan ərazisində aşkarlanmış minaların əksəriyyətinin istehsalçısı Ermənistandır
17:50 03.12.2022 (Yenilənib: 18:35 03.12.2022) Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır.
BAKI, 3 dekabr - Sputnik. "Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir".
Bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.
"Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib, 131 hadisə kasetli sursatlarla bağlı olub", - məruzədə deyilir.
Burada həmçinin qeyd edilib ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.