Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Rusiya neftinin qiyməti ilə bağlı razılığa gəlib

© AP Photo / Matthew BrownНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
Aİ səfirləri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib.
BAKI, 3 dekabr - Sputnik. Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Rusiyadan dəniz yolu ilə tədarük edilən neftə qiymət həddi ilə bağlı rəsmi olaraq razılığa gəlib.
Bu barədə Aİ Şurasındakı Çexiya nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Aİ səfirləri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib.
Qeyd edilib ki, bu qərar həftə sonu rəsmi olaraq təsdiq edilməlidir. Rusiya neftini qiyməti ilə bağlı qərar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Dekabrın 1-də Brüsseldəki rəsmi mənbələr bildirmişdi ki, Polşa və Baltikyanı ölkələrin qiyməti aşağı salmaq çağırışlarına baxmayaraq, Avropa Rusiyadan neftin qiymətini bir barel üçün 62 dollar səviyyəsində müəyyən edəcək. Varşavanın təklifi 30 dollar limiti idi.
Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər bu, onun maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak onu da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət həddi tətbiq edən ölkələrə nefti nə bir barel üçün 60 dollardan, nə də başqa qiymətə tədarük etməyəcək.
nefti - Sputnik Azərbaycan, 1920, 01.12.2022
RUSİYA
Avropalılar Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilmirlər
Xəbər lenti
0