https://sputnik.az/20221201/avropalilar-rusiya-neftinin-qiymeti-ile-bagli-raziliga-gele-bilmirler-449177199.html
Avropalılar Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilmirlər
Avropalılar Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilmirlər
Sputnik Azərbaycan
Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə... 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T22:11+0400
2022-12-01T22:11+0400
2022-12-01T22:11+0400
azərbaycan nefti
rusiya
ai
avropa
avropa ittifaqı
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_0:0:3072:1728_1920x0_80_0_0_99ccb08fa658d41dc8f06f217501b1d1.jpg
BAKI, 1 dekabr — Sputnik. Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərdən Rusiya neftinin yuxarı qiymət həddini 60 dollar/barel səviyyəsində təsdiq etməyi xahiş edib. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən xəbər verir.Cümə axşamı günü Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə olunmayıb.Qeyd olunur ki, Aİ ölkələrinin yüksək rütbəli rəsmiləri cümə axşamı günortadan sonra bu təklifi müzakirə etməyə başlayıblar. Aİ-yə üzv ölkələr bir barel üçün maksimum qiymətin 60 dollar olması ətrafında o qədər "birləşiblər" ki, Avropa Komissiyası razılığa gəlməyi mümkün hesab edir.RİA Novosti-nin Brüsseldəki mənbəsi çərşənbə günü bildirib ki, Polşa və Baltikyanı ölkələrin qiyməti aşağı salmaq çağırışlarına baxmayaraq, Avropa Rusiyadan neftin qiymətini bir barel üçün 62 dollar səviyyəsində müəyyən edəcək. Varşavanın təklifi 30 dollar limiti idi.Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər bu, onun maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak onu da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət həddi tətbiq edən ölkələrə nefti nə bir barel üçün 60 dollardan, nə də başqa qiymətə tədarük etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_341:0:3072:2048_1920x0_80_0_0_69a204e3a5caaf2b263ca7c6732eb93a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan nefti, ai, avropa, avropa ittifaqı, rusiya prezidenti vladimir putin, vladimir putin
azərbaycan nefti, ai, avropa, avropa ittifaqı, rusiya prezidenti vladimir putin, vladimir putin
Avropalılar Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilmirlər
Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə olunmayıb.
BAKI, 1 dekabr — Sputnik. Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərdən Rusiya neftinin yuxarı qiymət həddini 60 dollar/barel səviyyəsində təsdiq etməyi xahiş edib. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən xəbər verir.
Cümə axşamı günü Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə olunmayıb.
Qeyd olunur ki, Aİ ölkələrinin yüksək rütbəli rəsmiləri cümə axşamı günortadan sonra bu təklifi müzakirə etməyə başlayıblar. Aİ-yə üzv ölkələr bir barel üçün maksimum qiymətin 60 dollar olması ətrafında o qədər "birləşiblər" ki, Avropa Komissiyası razılığa gəlməyi mümkün hesab edir.
RİA Novosti-nin Brüsseldəki mənbəsi çərşənbə günü bildirib ki, Polşa və Baltikyanı ölkələrin qiyməti aşağı salmaq çağırışlarına baxmayaraq, Avropa Rusiyadan neftin qiymətini bir barel üçün 62 dollar səviyyəsində müəyyən edəcək. Varşavanın təklifi 30 dollar limiti idi.
Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər bu, onun maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak onu da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət həddi tətbiq edən ölkələrə nefti nə bir barel üçün 60 dollardan, nə də başqa qiymətə tədarük etməyəcək.