https://sputnik.az/20221202/xezer-denizi-ile-bagli-uzunmuddetli-proqnozlar-ozunu-dogrultmayib-449216777.html
Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb
Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb
Sputnik Azərbaycan
Son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T18:36+0400
2022-12-02T18:36+0400
2022-12-02T18:37+0400
xəzər
cəmiyyət
proqnoz
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443533011_0:104:2000:1229_1920x0_80_0_0_12d284a8b86660855cb2f52159c6d9fb.jpg
BAKI, 2 dekabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələlərdən biridir.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.Umayra Tağıyeva bildirib ki, bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər: "Xəzər çox unikal bir hövzədir. Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Hazırda dövri enmə və qalxmalar müşahidə olunur"."Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari hazırlansın və həmin ssenariyə uyğun ölkələr uyğunlaşma proqramlarını təqdim etsin", - deyə o əlavə edib.U.Tağıyeva bildirib ki, son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb:"Təbii ki, bu, Xəzərin səviyyəsinə təsir edən amillərdən biridir. Amma digər amil temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443533011_112:0:1889:1333_1920x0_80_0_0_f6f7b3ade19bf71c322295aa1cf6c7b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər, proqnoz, xəzər dənizi
xəzər, proqnoz, xəzər dənizi
Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb
18:36 02.12.2022 (Yenilənib: 18:37 02.12.2022) Son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb
BAKI, 2 dekabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələlərdən biridir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
Umayra Tağıyeva bildirib ki, bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər: "Xəzər çox unikal bir hövzədir. Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Hazırda dövri enmə və qalxmalar müşahidə olunur".
"Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari hazırlansın və həmin ssenariyə uyğun ölkələr uyğunlaşma proqramlarını təqdim etsin", - deyə o əlavə edib.
U.Tağıyeva bildirib ki, son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb:
"Təbii ki, bu, Xəzərin səviyyəsinə təsir edən amillərdən biridir. Amma digər amil temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasıdır".