CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə pul ödəyəcəklər

© Depositphotos.com / PhotocreoQaz borusu
Qaz borusu - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
"Qaz təchizatı haqqında" qanuna dəyişiklik tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təkmilləşdirilməsi, bu məqsədlə texnoloji və fiziki qoşulmanın bir-birindən fərqləndirilməsi məqsədilə hazırlanıb.
BAKI, 2 dekabr — Sputnik. Milli Məclisdə "Qaz təchizatı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Layihə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təkmilləşdirilməsi, bu məqsədlə texnoloji və fiziki qoşulmanın bir-birindən fərqləndirilməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının və ya əlavə qaz həcmi almasının yeni qaydasının müəyyən olunması, habelə bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi məqsədilə hazırlanıb.
O bildirib ki, sənədə əsasən, qanunun 1-ci maddəsinə "qoşulma xidmətinə görə ödəniş", "texnoloji qoşulma", "fiziki qoşulma", "mövcud qazpaylayıcı şəbəkə" kimi yeni anlayışlar əlavə edilir. Qanunun 13-cü maddəsinin 12-ci hissəsində nəzərdə tutulan dəyişikliyə görə, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş etməlidirlər.
Deputat qeyd edib ki, bununla yanaşı, maddəyə 12-1, 12-2, 12-3 saylı əlavələrin edilməsi də təklif olunur: "12-1-ci əlavəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 12-2-ci əlavədə deyilir ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 12-3-cü əlavəyə görə isə, bu Qanunun 13-cü maddəsinin 12-ci və 12-1-ci hissələrində nəzərdə tutulan ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən edilir".
Qeyd edək ki, dəyişikliyə görə, on səkkizinci abzas aşağıdakı redaksiyada verilir: qoşulma xidmətinə görə ödəniş – tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ.
Aşağıdakı məzmunda iyirmi beşinci – iyirmi yeddinci abzaslar əlavə edilir:
"texnoloji qoşulma – qaz paylayıcısı ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qaz paylayıcısının təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə".
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0