Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova: "Fransanın atdığı addımlar regionu yeni təhlükələrə yönləndirir"

© Photo : Milli MejlisSahibə Qafarova
Sahibə Qafarova - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Parlamentin sədri diqqətə çatdırıb ki, Fransa əldə olunmuş razılıqları pozmaq cəhdlərindən əl çəkməlidir.
BAKI, 2 dekabr - Sputnik. “Fransanın Milli Assambleyası da ölkəmizə qarşı bədnam akt qəbul edib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, bu, beynəlxalq hüquq normalarına açıq hörmətsizlikdir: “Biz bu qətnaməni də qəti şəkildə rədd edirik. Düşünürük ki, bu qətnamələr Fransanın qanunverici orqanının ciddi şəkildə avаntüra meydanına çevrildiyini göstərir. Təcavüzkar dövlətin öz adıyla çağırılmaması, Fransa tərəfindən ikili standartlara yol verilməsi 30 ildir münaqişənin həllinə mane olub. Bu gün də Fransanın atdığı addımlar regionu yeni təhlükələrə yönləndirir. Ona görə də hesab edirik ki, Fransanın maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.
Sahibə Qafarova qeyd edib ki, Fransa Senatı və Milli Assambleya üzvləri 44 gün ərzində Azərbaycanın ballistik raketlərlə bombalanmasına göz yumurdular: “50-dən artıq dövlətin ərazisini işğal etmiş Fransanın törətdiyi müharibə cinayətləri məlumdur. Bu faktlar hər kəs tərəfindən bilinir. Fransa tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər Fransa və dünya tarixində silinməsi mümkün olmayan qara ləkədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə xalqımızın əldə etdiyi Zəfərlə tarixi torpaqlarını azad edən Azərbaycan bu gün Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri aparır. Fransa əldə olunmuş razılıqları pozmaq cəhdlərindən əl çəkməlidir”.
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.
Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dünən Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirib.
Açıqlamada deyilir: "Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir...".
Xəbər lenti
0