Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Şəkiyə səfər edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.
Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Səfər çərçivəsində Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəkinin Orta Zəyzid kəndində "Green Factory" Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Bundan başqa, onlar Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri ilə də tanış olublar.
Xəbər lenti
0