https://sputnik.az/20221202/mn-rusiya-sulhmeramlilarini-azerbaycan-toponimlerini-duzgun-ifade-etmeye-cagirdi-449228097.html
MN Rusiya sülhməramlılarını Azərbaycan toponimlərini düzgün ifadə etməyə çağırdı
MN Rusiya sülhməramlılarını Azərbaycan toponimlərini düzgün ifadə etməyə çağırdı
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi... 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T23:34+0400
2022-12-02T23:34+0400
2022-12-03T01:22+0400
hərbi
müdafiə nazirliyi
sülhməramlılar
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 2 dekabr - Sputnik. "Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması ümumiyyətlə anlaşılan deyil".Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR:"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, sülhməramlılar, rusiya
müdafiə nazirliyi, sülhməramlılar, rusiya
MN Rusiya sülhməramlılarını Azərbaycan toponimlərini düzgün ifadə etməyə çağırdı
23:34 02.12.2022 (Yenilənib: 01:22 03.12.2022) Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi yolverilməzdir.
BAKI, 2 dekabr - Sputnik. "Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması ümumiyyətlə anlaşılan deyil".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR:
"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".