https://sputnik.az/20221202/milli-meclisin-12-yeni-parlamentlerarasi-elaqeler-uzre-isci-qrupu-yaradilir-449204581.html
Milli Məclisin 12 yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
Milli Məclisin 12 yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
Sputnik Azərbaycan
Yeni yaradılan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də bəlli olub. 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T15:15+0400
2022-12-02T15:15+0400
2022-12-02T15:16+0400
milli məclis
azərbaycan xəbərləri
qrup
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_0:235:4513:2773_1920x0_80_0_0_0e626c74476d38a0e22e09cd0d7beaa2.jpg
BAKI, 2 dekabr - Sputnik. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.Parlamentin bugünkü iclasında “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklərə baxılıb.Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılır.Yeni yaradılan parlamentlərarası əlaqələr üzrə 12 işçi qrupunun rəhbərləri də bəlli olub.Sənədə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Burundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilir.Müzakirələrdən sonra Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Qeyd edək ki, Qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_250:0:4261:3008_1920x0_80_0_0_fc14e183734d2fcb32da1134c8315820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, qrup
Milli Məclisin 12 yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
15:15 02.12.2022 (Yenilənib: 15:16 02.12.2022) Yeni yaradılan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də bəlli olub.
BAKI, 2 dekabr - Sputnik. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.
Parlamentin bugünkü iclasında “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklərə baxılıb.
Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılır.
Yeni yaradılan parlamentlərarası əlaqələr üzrə 12 işçi qrupunun rəhbərləri də bəlli olub.
Sənədə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Burundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilir.
Müzakirələrdən sonra Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.