https://sputnik.az/20221202/milli-meclisde-dovlet-ozel-terefdasligi-ile-bagli-yeni-qanun-qebul-edilib-449204190.html
Milli Məclisdə dövlət-özəl tərəfdaşlığı ilə bağlı yeni Qanun qəbul edilib
Milli Məclisdə dövlət-özəl tərəfdaşlığı ilə bağlı yeni Qanun qəbul edilib
Sputnik Azərbaycan
Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi... 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T15:44+0400
2022-12-02T15:44+0400
2022-12-02T16:04+0400
milli məclis
iqtisadiyyat
qanun
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 2 dekabr - Sputnik. Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı dövlətin özəl sektor resurslarından və təcrübəsindən istifadə edərək, dövlət infrastrukturunun və ya xidmətlərinin satınalmasını həyata keçirmək mexanizmidir. Bu mexanizm dövlətin özəl sektorla tərəfdaşlıq edərək yeni həllərin təşviqinə və maliyyə vəsaitlərinin cəlb olunmasına köməklik edir. Bu qanun ölkə ərazisində dövlət xidmətlərinin göstərilməsi, həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin hazırlanması ölkə Prezidenti tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da hədəf olaraq öz əksini tapıb.Qeyd edilib ki, qanun 8 fəsil, 40 maddədən ibarətdir. Onun hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. Qanunun hazırlanmasında məqsəd dövlət vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması, iqtisadiyyata cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması, sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətli məhsul ixracının artırılmasıdır.Bildirilib ki, qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlətin öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı qüvvədə olan strateji sənədlər əsasında hazırlanacaq və təsdiq edildikdən sonra hər il internet səhifəsində yerləşdiriləcək və mediada dərc ediləcək. Layihələr əhəmiyyətlilik, səmərəlilik və maliyyə riskləri kimi meyarlar nəzərə alınmaqla seçiləcək. Layihələrin maksimum müddəti 49 il olacaq. Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə layihəni müsabiqəyə hazırlayacaq, onu qiymətləndirəcək, dövlət tərəfdaş və özəl tərəfdaş arasında müqavilə bağlanmasını təşkil edəcək.Qeyd edilib ki, sənəddə bu proseslərin icra müddəti, layihələrin monitorinqi və hesabatlılığının təmin olunması məsələləri də öz əksini tapıb. Habelə, dövlət-özəl tərəfdaşlığı layihələrinin uğurla icra edilməsində mühüm məsələlərdən biri olan dövlət dəstəyinin formaları və icrası mexanizmi ilə bağlı müddəalar da təsbit olunub.Yeni qanun layihəsiQeyd edək ki, bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.Yeni qanun layihəsinin bəzi hissələrini təqdim edirik:Bu Qanunun tətbiq dairəsi3.1. Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.3.2. “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.3.3. Bu Qanunun müddəaları “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil edilmir.3.4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.3.5. Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri4.1. Dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçirilir:4.1.1. qanunun aliliyi;4.1.2. azad rəqabətin qorunması;4.1.3. şəffaflıq və səmərəliliyin artırılması;4.1.4. iddiaçıların hüquq bərabərliyi;4.1.5. tərəflər arasında maraq və risk balansının qorunması.Dövlət-özəl tərəfdaşlığı layihələrində dövlətin iştirakı5.1. Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.5.2. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur.5.3. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz.5.4. Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.Dövlət-özəl tərəfdaşlığı müqaviləsi21.1. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin qalibi və ya birbaşa danışıqlar aparılması yolu ilə cəlb edilmiş özəl tərəfdaşla bu Qanunun 20.3-cü maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır.21.2. Dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə kreditora (kreditorlara) əlavə təminat verilməsi məqsədilə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor (kreditorlar) arasında birbaşa müqavilə imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə tərəflər arasında dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi, kreditorun (kreditorların) hüquqları və bu hüquqların həyata keçirilmə şərtlərini nəzərdə tutan müddəalar daxil edilə bilər.21.3. Özəl tərəfdaş xarici fiziki və ya hüquqi şəxs, xarici hüquqi şəxsin filialı olduğu təqdirdə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi xarici və ya beynəlxalq kredit təşkilatı, bank və ya maliyyə qurumu tərəfindən maliyyələşdirildikdə dövlət-özəl tərəfdaşlığı müqaviləsi və digər layihə müqavilələri xarici elementli mülki hüquqi münasibət hesab olunur və tərəflər onlar arasında olan mülki hüquq münasiblətlərinə tətbiq edilən hüququ “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçə bilərlər.Dövlət-özəl tərəfdaşlığı layihəsinin hesabatlılığı37.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı layihəsinin və tərəflərin öhdəliklərinin icra vəziyyəti barədə ildə bir dəfə səlahiyyətli orqana dövlət-özəl tərəfdaşlığı qaydalarında nəzərdə tutulan formada və qaydada hesabat təqdim edir.37.2. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edilmiş formada dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı illik hesabatları özünün rəsmi internet səhifəsində və bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında yerləşdirir.37.3. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabat əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icraçısının müqavilə öhdəliklərini yerinə yetirmədiyini və ya yerinə yetirmək iqtidarında olmadığını müəyyən etdikdə, layihənin başa çatdırılması üçün yeni tərəfdaşın seçilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müsabiqə keçirir və ya birbaşa danışıqlar yolu ilə müqavilənin bağlanılmasını təşkil edir.37.4. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabatlar əsasında dövlət-özəl tərəfdaşlığının təkmilləşdirilməsi barədə təkliflər hazırlayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.Mübahisələrin həlli38.1. İddiaçılar səlahiyyətli orqanın müsabiqənin təşkili və keçirilməsi ilə bağlı qərarlarından, hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.38.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin və dövlət-özəl tərəfdaşlığı layihəsinə dair digər müqavilələrin tərəfləri arasında mübahisələr həmin müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur. Həmin müqavilələrdə mübahisələrin həlli qaydası nəzərdə tutulmadığı halda, mübahisələr Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada həll olunur.Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir.Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, qanun
Milli Məclisdə dövlət-özəl tərəfdaşlığı ilə bağlı yeni Qanun qəbul edilib
15:44 02.12.2022 (Yenilənib: 16:04 02.12.2022) Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanun ləğv ediləcək
BAKI, 2 dekabr - Sputnik. Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı dövlətin özəl sektor resurslarından və təcrübəsindən istifadə edərək, dövlət infrastrukturunun və ya xidmətlərinin satınalmasını həyata keçirmək mexanizmidir. Bu mexanizm dövlətin özəl sektorla tərəfdaşlıq edərək yeni həllərin təşviqinə və maliyyə vəsaitlərinin cəlb olunmasına köməklik edir. Bu qanun ölkə ərazisində dövlət xidmətlərinin göstərilməsi, həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin hazırlanması ölkə Prezidenti tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da hədəf olaraq öz əksini tapıb.
Qeyd edilib ki, qanun 8 fəsil, 40 maddədən ibarətdir. Onun hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. Qanunun hazırlanmasında məqsəd dövlət vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması, iqtisadiyyata cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması, sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətli məhsul ixracının artırılmasıdır.
Bildirilib ki, qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlətin öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı qüvvədə olan strateji sənədlər əsasında hazırlanacaq və təsdiq edildikdən sonra hər il internet səhifəsində yerləşdiriləcək və mediada dərc ediləcək. Layihələr əhəmiyyətlilik, səmərəlilik və maliyyə riskləri kimi meyarlar nəzərə alınmaqla seçiləcək. Layihələrin maksimum müddəti 49 il olacaq. Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə layihəni müsabiqəyə hazırlayacaq, onu qiymətləndirəcək, dövlət tərəfdaş və özəl tərəfdaş arasında müqavilə bağlanmasını təşkil edəcək.
Qeyd edilib ki, sənəddə bu proseslərin icra müddəti, layihələrin monitorinqi və hesabatlılığının təmin olunması məsələləri də öz əksini tapıb. Habelə, dövlət-özəl tərəfdaşlığı layihələrinin uğurla icra edilməsində mühüm məsələlərdən biri olan dövlət dəstəyinin formaları və icrası mexanizmi ilə bağlı müddəalar da təsbit olunub.
Qeyd edək ki, bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Yeni qanun layihəsinin bəzi hissələrini təqdim edirik:
Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
3.2. “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.
3.3. Bu Qanunun müddəaları “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil edilmir.
3.4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.5. Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri
4.1. Dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.2. azad rəqabətin qorunması;
4.1.3. şəffaflıq və səmərəliliyin artırılması;
4.1.4. iddiaçıların hüquq bərabərliyi;
4.1.5. tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı layihələrində dövlətin iştirakı
5.1. Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
5.2. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur.
5.3. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz.
5.4. Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsi
21.1. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin qalibi və ya birbaşa danışıqlar aparılması yolu ilə cəlb edilmiş özəl tərəfdaşla bu Qanunun 20.3-cü maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır.
21.2. Dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə kreditora (kreditorlara) əlavə təminat verilməsi məqsədilə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor (kreditorlar) arasında birbaşa müqavilə imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə tərəflər arasında dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi, kreditorun (kreditorların) hüquqları və bu hüquqların həyata keçirilmə şərtlərini nəzərdə tutan müddəalar daxil edilə bilər.
21.3. Özəl tərəfdaş xarici fiziki və ya hüquqi şəxs, xarici hüquqi şəxsin filialı olduğu təqdirdə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi xarici və ya beynəlxalq kredit təşkilatı, bank və ya maliyyə qurumu tərəfindən maliyyələşdirildikdə dövlət-özəl tərəfdaşlığı müqaviləsi və digər layihə müqavilələri xarici elementli mülki hüquqi münasibət hesab olunur və tərəflər onlar arasında olan mülki hüquq münasiblətlərinə tətbiq edilən hüququ “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçə bilərlər.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin hesabatlılığı
37.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı layihəsinin və tərəflərin öhdəliklərinin icra vəziyyəti barədə ildə bir dəfə səlahiyyətli orqana dövlət-özəl tərəfdaşlığı qaydalarında nəzərdə tutulan formada və qaydada hesabat təqdim edir.
37.2. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edilmiş formada dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı illik hesabatları özünün rəsmi internet səhifəsində və bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında yerləşdirir.
37.3. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabat əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icraçısının müqavilə öhdəliklərini yerinə yetirmədiyini və ya yerinə yetirmək iqtidarında olmadığını müəyyən etdikdə, layihənin başa çatdırılması üçün yeni tərəfdaşın seçilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müsabiqə keçirir və ya birbaşa danışıqlar yolu ilə müqavilənin bağlanılmasını təşkil edir.
37.4. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabatlar əsasında dövlət-özəl tərəfdaşlığının təkmilləşdirilməsi barədə təkliflər hazırlayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
38.1. İddiaçılar səlahiyyətli orqanın müsabiqənin təşkili və keçirilməsi ilə bağlı qərarlarından, hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
38.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin və dövlət-özəl tərəfdaşlığı layihəsinə dair digər müqavilələrin tərəfləri arasında mübahisələr həmin müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur. Həmin müqavilələrdə mübahisələrin həlli qaydası nəzərdə tutulmadığı halda, mübahisələr Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada həll olunur.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir.
Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.