Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlmələrdən süzülən unikal rənglər: Şəkidə tariximizi necə yaşadırlar - VİDEO

© Sputnik / Nigar IskanderovaŞəkidə xalça istehsalı
Şəkidə xalça istehsalı - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
"Azəripək" MMC-nin xalça sexində toxunan bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var.
BAKI, 2 dekabr — Sputnik. Tarixin istənilən bir dövründə ipəkçilik şəkililərin məişətində özünəməxsus yer tutub. Hələ orta əsrlərdə Şəki Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri olub.
Günü bu gün də Şəki yalnız ipəyi ilə deyil, ipəkdən hazırlanan, bir-birindən gözəl əl işləri olan - xalçalar, kələğayılar, çitmələr, şərfləri ilə məşhurdur.
Şəkidə 1931-ci ildə İpək Kombinatı olaraq fəaliyyətə başlayan, bu gün isə adı "Azəripək" MMC olan müəssisə respublikamızın ən böyük sənaye müəssisələrindən biridir. Artıq iki ildir ki, “Azəripək” MMC-nin 2002-ci ildə yaranan və Şəkidə fəaliyyət göstərən ipək xalça sexi fəaliyyətini bərpa edib.
© Sputnik / Nigar IskanderovaŞəkidə xalça istehsalı
Şəkidə xalça istehsalı - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Şəkidə xalça istehsalı
Sexdə toxunan bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var
Şəki xalçalarının ən böyük üstünlüyü ondan ibarətdir ki, burada toxunan ipək xalçalar xaricdə toxunanlardan xeyli fərqlənir, sıxlığı çox yüksəkdir. Belə ki, burada toxunan bir kvadratmetrlik ipək xalça 490 min ilmədən ibarətdir. Bu xalçaların toxunması üçün usta qadınlar 4-5 ayadək zaman sərf edirlər. İsitfadə olunan ipək saplara gəlincə isə, bu saplar elə müəssisənin özündə istehsal olunur, "Azəripək" MMC-nin boyaq-bəzək sexində rənglənir.
Burada Azərbaycan tarixini, xüsusən də Şəki tarixini özündə əks etdirən ümxtəlif xalçalar toxunub. Burada yalnız Şəki xalça məktəbi deyil, eyni zamanda Şirvan, Qarabağ, Quba, Qusar məktəblərinə də müraciət edilir.
Göz nuru, alın zəhməti ilə toxunan bu xalçaların əsas üstünlüyü onların yalnız ipək, ipək-yun saplarından hazırlanması və tam təbii boyalı saplardan istifadə olunmasıdır.
Xalça sexində toxunan bu xalçalar yalnız tarixi abidələri deyil, eyni zamanda da ustaların özlərinin fantaziyalarının məhsuludur. Belə fantaziya məhsulları da turistlər, müştərilər tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, ötən il "Azərbaycan xalçası" brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
0