Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Komitə sədri: "Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"

© Photo : APAZiyafət Əsgərov
Ziyafət Əsgərov  - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Ziyafət Əsgərov diqqətə çatdırıb ki, bu gün Afrikanın 14 ölkəsi Fransanın dövlət büdcəsinə vergi verir.
BAKI, 2 dekabr - Sputnik. “Fransanın Milli Assambleyası yenə də riyakarlıq göstərərək Senatın qəbul etdiyi qətnaməni kopyaladı”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, riyakarlığın ən yüksək nümunəsi Fransa Xarici İşlər Nazirliyinin verdiyi bəyanat idi:
“BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) 44 günlük Vətən müharibəsi zamanı Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı qətnamə qəbul edilməsini təklif edib. Özü də 2 dəfə. Bizi BMT TŞ-da o zaman Qoşulmama Hərəkatının üzvləri müdafiə etmişdi. 2 gün bundan əvvəl qəbul edilmiş qətnamənin mətnində erməni abidələrinin və Qarabağda yaşayan ermənilərin taleyinə yanırlar. Qarabağda hansı erməni abidəsi var? Olan abidələr alban abidələridir, hamısını erməniləşdiriblər. Ermənilər Qarabağda abidə qoyub? Hamısını dağıdıblar. Ermənilərin taleyindən narahatdırlar, bəs 30 ildir Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünün taleyinə niyə biganə idilər? Niyə qoymursunuz Ermənistan və Azərbaycan sülh danışıqlarını aparsın? Azərbaycanı erməni tarixi abidələrini dağıtmaqda günahlandırırlar. Böhtandır, yalandır. Bu gün Afrikanın 14 ölkəsi Fransanın dövlət büdcəsinə vergi verir. Budur sənin ədalətin? Bilin və agah olun. Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!”.
Sədr Sahibə Qafarova qeyd edib ki, heç bir erməni abidələrini Azərbaycan dağıtmayıb: "Siz tamamilə doğru deyirsiniz. 30 ildir azərbaycanlılar orada yaşamayıb. O zaman bu abidələri necə dağıda bilərdilər?”
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.
Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dünən Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirib.
Xəbər lenti
0