https://sputnik.az/20221202/deputat-fransanin-bu-gun-basqa-dovletleri-herbi-tecavuzde-ittiham-etmeye-haqqi-yoxdur-449200185.html
Deputat: "Fransanın bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur"
Deputat: "Fransanın bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur"
Sputnik Azərbaycan
"Fransa parlamenti Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cür təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar", ... 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T13:37+0400
2022-12-02T13:37+0400
2022-12-02T13:37+0400
fransa
siyasət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_0:0:3072:1728_1920x0_80_0_0_010f65130a8302335607f622aa2a902f.jpg
BAKI, 2 dekabr - Sputnik. “Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Əsassız, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə də Fransa tərəfindən vurulmuş növbəti zərbədir”.Bunu Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.Soltan Məmmədov deyib ki, Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür: “Layihənin ümumi məzmunu və ayrı-ayrı müddəaları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş təşəbbüslərə kölgə salmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını bir daha zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd bir sükut nümayiş etdirdi. Vətən müharibəsi dövründə Ermənistanın dinc sakinləri hədəfə alan artilleriya və raket hücumlarının faciəli nəticələrinə biganə qaldı. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də narahatlıq ifadə etmədi. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir çağırış etmədi. Bütün bunlar Fransanın insan hüquqlarına, beynəlxalq normalara etinasız münasibətinin təzahürüdür”.Deputat vurğulayıb ki, Əlcəzairdə və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımlara imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur: “Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini bir daha təsdiq edir. Bu qətnamənin Fransa hökumətinin nümayəndəsi tərəfindən də dəstəklənməsi bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında maraqlı olduğuna dair uzun müddətdir ki, mövcud olan şübhələri daha da dərinləşdirdi. Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cür təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar. Təəssüf ki, bu niyyət heç də bölgədə sülhün bərqərar olunmasına, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir".Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dünən Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_341:0:3072:2048_1920x0_80_0_0_b4bed2566077707a7a6b5ff59443db0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fransa, milli məclis
Deputat: "Fransanın bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur"
"Fransa parlamenti Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cür təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar", - deputat deyib
BAKI, 2 dekabr - Sputnik. “Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Əsassız, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə də Fransa tərəfindən vurulmuş növbəti zərbədir”.
Bunu Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
Soltan Məmmədov deyib ki, Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür: “Layihənin ümumi məzmunu və ayrı-ayrı müddəaları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş təşəbbüslərə kölgə salmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını bir daha zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd bir sükut nümayiş etdirdi. Vətən müharibəsi dövründə Ermənistanın dinc sakinləri hədəfə alan artilleriya və raket hücumlarının faciəli nəticələrinə biganə qaldı. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də narahatlıq ifadə etmədi. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir çağırış etmədi. Bütün bunlar Fransanın insan hüquqlarına, beynəlxalq normalara etinasız münasibətinin təzahürüdür”.
Deputat vurğulayıb ki, Əlcəzairdə və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımlara imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur: “Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini bir daha təsdiq edir. Bu qətnamənin Fransa hökumətinin nümayəndəsi tərəfindən də dəstəklənməsi bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında maraqlı olduğuna dair uzun müddətdir ki, mövcud olan şübhələri daha da dərinləşdirdi. Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cür təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar. Təəssüf ki, bu niyyət heç də bölgədə sülhün bərqərar olunmasına, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir".
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.
Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dünən Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirib.