Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022: Yaponiya növbəti mərhələdə, Almaniya qrupda qaldı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidDÇ-2022: İspaniya-Yaponiya oyunu
DÇ-2022: İspaniya-Yaponiya oyunu - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Futbol üzrə dünya birinciliyində günə E qrupunun III tur qarşılaşmaları ilə son vurulub.
BAKI, 2 dekabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti cütlükləri məlum olub.
E qrupunun son turunda İspaniya Yaponiya, Almaniya isə Kosta-Rika ilə üz-üzə gəlib.
İspaniya - Yaponiya oyununda Alvaro Morata 12-ci dəqiqədə ispanları ieəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.
53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1. Oyun bu hesabla başa çatıb.
Almaniya - Kosta-Rika görüşündə hesabı 10-cu dəqiqədə Serj Qnabri açıb - 1:0. Birinci yarı almanların bu üstünlüyü ilə bitib.
İkinci hissədə, Yeltsin Texeda 58-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1. 70-ci dəqiqədə Xuan Pablo Varqas Kosta-Rikanı önə çıxarıb - 2:1.
73-cü dəqiqədə Kay Haverts hesabı bərabərləşdirib - 2:2. Haverts 85 dəqiqədə almanları önə çıxaran qola da imza atıb - 3:2.
90+2-ci dəqiqədə Niklas Füllkruq 4-cü topu Mərkəzi Amerika təmsilçisinin qapısından keçirib - 4:2.
Görüş bu hesabla qurtarıb.
3 turdan sonra Yaponiya 6 xal toplayaraq bu qrupun qalibi olub və növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finalda yaponların rəqibi Xorvatiya olacaq.
İkinci yeri 4 xalla İspaniya tutub. İspanlar 1/8 finalda Mərakeşlə güclərini sınayacaqlar.
Bu qrupda Almaniya da 4 xal toplayıb, lakin topların fərqinə görə III yerdə qərarlaşıb. Almanlar artıq ikinci çempionatdır ki, qrupdan çıxa bilmirlər.
E qrupunda dördüncü yeri 3 xalla Kosta-Rika tutub.
Xəbər lenti
0