Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022: Portuqaliyanın gözlənilməz məğlubiyyəti

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPortuqaliya yığmasının qapıçısı Dioqu Koşta
Portuqaliya yığmasının qapıçısı Dioqu Koşta - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Futbol üzrə dünya çempionatında H qrupunun son oyunları keçirilib, Portuqaliya və Cənubi Koreya növbəti mərhələyə adlaylblar.
BAKI, 2 dekabr - Sputnik. Qətərdə keçiirlən futbol üzrə dünya çempionatında 1/8 finalın daha iki iştirakçısı məlum olub.
Son turda Portuqaliya millisi Cənubi Koreya ilə, Uruqvay isə Qana ilə qarşılaşıb.
Portuqaliya - Cənubi Koreya oyununda Avropa təmsilçisi 5-ci dəqiqədə Rikardo Ortanın qolu ilə hesabı açıb.
27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib - 1:1. Biirnci hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə, Xvan Xi Çxan 90+1-ci dəqiqədə 2-ci topu avropalıların qapısından keçirib - 2:1. Görüş bu hesabla bitib.
Uruqvay - Qana görüşündə 26-cı dəqiqədə Corcian de Arraskaeta Cənubi Amerika təmsilçisini önə keçirib.
Corcian de Arraskaeta 32-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub - 2:0. Birinci hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.
Məğlubiyyətə baxmayaraq, Portuqaliya millisi qrupu 6 xalla birinci yerdə başa vurub. Cənubi Koreya 4 xal toplayıb. Daha çox top vurduğuna görə, Cənubi Koreya 4 xal toplamış Uruqvayı qabaqlayıb. Qana millisi isə 3 xalla qrupda sonuncu olub.
Xəbər lenti
0