https://sputnik.az/20221202/bes-rayonda-meteoroloji-stansiyalarin-qurasdirilmasi-planlasdirilir-449216269.html
Beş rayonda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
Beş rayonda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
Sputnik Azərbaycan
Son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayı üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb 02.12.2022, Sputnik Azərbaycan
2022-12-02T18:58+0400
2022-12-02T18:58+0400
2022-12-02T18:58+0400
rayon
cəmiyyət
meteoroloji
umayra tağıyeva
stansiya
https://cdnn1.img.sputnik.az/img/42401/33/424013350_0:160:3073:1888_1920x0_80_0_0_0da54cf3e858800e4c77aaa0ec840cad.jpg
BAKI, 2 dekabr — Sputnik. İlin sonuna qədər Azərbaycanın 5 rayonunda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.U.Tağıyeva qeyd edib ki, iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayı üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.O, həmçinin bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.Umayra Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya ilə onun mənfi fəsadlarından faydalanmaq olar: "İqlim dəyişmələrinə uyğunlaşma məsələsi diqqət mərkəzindədir. İqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından faydalanmaq olar".O qeyd edib ki, iqlim dəyişmələri Dövlət Komissiyasının Tədbirlər planına iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan Milli Adaptasiya Planının hazırlanması daxil edilib.Xidmət rəisi bildirib ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə, faydalanmaq olar. U.Tağıyevanın sözlərinə görə, çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artıb və regiondan asılı olaraq 170-245 gün təşkil edir: "Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Bu da isti qurşaqların sərhədlərinin yuxarıya doğru 150-250 m yüksəlməsinə səbəb olub".Nazirlik rəsmisi bildirib ki, nəticə etibarilə, respublika ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsinə, soyuq qurşağın sahəsinin azalmasına səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarana bilər: "Yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərinin seçilməsində elmi araşdırmalara əsaslanan qərarların qəbul edilməsi vacibdir".Onun sözlərinə görə, iqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir. Məsələn, yağıntıların azalması - bu halda kənd təsərrüfatı işləri yalnız suvarma ilə aparıla bilər: "Quraqlıqlar qida təhlükəsizliyi məsələsini qabardır. Anomal hidrometeoroloji hadisələrin, o cümlədən təbii fəlakətlərin sayının artması, anomal istilər, güclü küləklər, daşqınlar, sellər və s. insan sağlamlığı üçün yarana biləcək riskləri artırır"."Buna görə iqtisadiyyat üçün gələcək regional iqlim ssenarilərinin işlənilməsi və onların əsasında mümkün uyğunlaşma tədbirlərinin hazırlanması zərurəti ön plana çıxır. Bu baxımdan, beynəlxalq təşkilatların metodiki dəstəyinə də ehtiyac var", - o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42401/33/424013350_170:0:2901:2048_1920x0_80_0_0_74db56168f2508931397565349f12320.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rayon, meteoroloji, umayra tağıyeva, stansiya
rayon, meteoroloji, umayra tağıyeva, stansiya
Beş rayonda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
Son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayı üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb
BAKI, 2 dekabr — Sputnik. İlin sonuna qədər Azərbaycanın 5 rayonunda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
U.Tağıyeva qeyd edib ki, iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayı üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.
O, həmçinin bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.
Umayra Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya ilə onun mənfi fəsadlarından faydalanmaq olar: "İqlim dəyişmələrinə uyğunlaşma məsələsi diqqət mərkəzindədir. İqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından faydalanmaq olar".
O qeyd edib ki, iqlim dəyişmələri Dövlət Komissiyasının Tədbirlər planına iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan Milli Adaptasiya Planının hazırlanması daxil edilib.
Xidmət rəisi bildirib ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə, faydalanmaq olar. U.Tağıyevanın sözlərinə görə, çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artıb və regiondan asılı olaraq 170-245 gün təşkil edir: "Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Bu da isti qurşaqların sərhədlərinin yuxarıya doğru 150-250 m yüksəlməsinə səbəb olub".
Nazirlik rəsmisi bildirib ki, nəticə etibarilə, respublika ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsinə, soyuq qurşağın sahəsinin azalmasına səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarana bilər: "Yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərinin seçilməsində elmi araşdırmalara əsaslanan qərarların qəbul edilməsi vacibdir".
Onun sözlərinə görə, iqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir. Məsələn, yağıntıların azalması - bu halda kənd təsərrüfatı işləri yalnız suvarma ilə aparıla bilər: "Quraqlıqlar qida təhlükəsizliyi məsələsini qabardır. Anomal hidrometeoroloji hadisələrin, o cümlədən təbii fəlakətlərin sayının artması, anomal istilər, güclü küləklər, daşqınlar, sellər və s. insan sağlamlığı üçün yarana biləcək riskləri artırır".
"Buna görə iqtisadiyyat üçün gələcək regional iqlim ssenarilərinin işlənilməsi və onların əsasında mümkün uyğunlaşma tədbirlərinin hazırlanması zərurəti ön plana çıxır. Bu baxımdan, beynəlxalq təşkilatların metodiki dəstəyinə də ehtiyac var", - o əlavə edib.