SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın tanımadığı ATƏT missiyası nəyi təsdiqlədi?

© AFP 2023 / ALEX HALADAATƏT
ATƏT  - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Konsensus əsasında qərar qəbul etməli olan təşkilat, üzv dövlətlərin rəyini almadan qərar qəbul edirsə, bu, onun uzun illər ərzində ermənipərəst mövqedə dayanmasını bir daha göstərmiş oldu.
BAKI, 2 dekabr — Sputnik. Konsensus olmadan Ermənistana "ehtiyacların qiymətləndirilməsi missiyası"nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır.
Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
Xatırladaq ki, bu missiyanın göndərilməsi ilə bağlı Azərbaycan XİN hələ o zaman bildirmişdi ki, ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti etimad quruculuğunun əsas prinsiplərinə ziddir.
Sputnik Azərbaycan ATƏT-in missiyası ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Praqada dördtərəfli görüşdə razılıq əldə olunmuşdu ki, Aİ-nin regiona mülki missiyası göndəriləcək:
"Ardınca isə ATƏT-in oxşar missiyası Ermənistana göndərildi, ancaq bu missiya tamamilə qanunsuz fəaliyyət göstərir. Çünki bu cür məsələlərlə bağlı qərarlar konsensus əsasında qəbul edilməlidir. Üzv dövlətlər bu proseslərdən məlumatlı olmalıdır. Ancaq bu, belə olmadı, sorğu əsasında missiya göndərilməsinə qərar verildi".
Politoloq qeyd edib ki, ilk növbədə bu, təşkilatın nizamnaməsinə və daxili prosedurlarına ziddir:
"Eyni zamanda Azərbaycan ATƏT-in Minsk Qrupunun hansı missiya üzrə çıxış etdiyini bir daha görmüş oldu. İlk dəfə Rusiya XİN rəhbəri Sergey Lavrov Minsk Qrupu çərçivəsində Fransa və ABŞ-ın əməkdaşlıqdan imtina etdiyini açıqlamışdı. Konsensus əsasında qərar qəbul etməli olan təşkilat, üzv dövlətlərin rəyini almadan qərar qəbul edirsə, bu onun uzun illər ərzində ermənipərəst mövqedə dayanmasını bir daha göstərmiş oldu. Həmsədrlər status-kvonun qalmasında maraqlı idi, onlar problemi həll etmək istəmirdilər. Onlar sadə dialoqun formalaşması, tərəflər arasında danışıqların aparılması missiyasını yerinə yetirə bilirdilər. Bu, Azərbaycanı qane edə bilməzdi".
"Azərbaycan BMT-nin 4 qətnaməsinin icra edilməsini, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin işə salınmasını istəyirdi. Bu gün yeni geosiyasi reallıqlar olsa da, ATƏT-in Ermənistanın maraqlarına xidmət edən addımlar atmasını görürük. Ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov məhz konsensusun tələb olunmasına baxmayaraq, belə bir qərarın verilməsinin qanunsuz olduğunu bir daha ifadə etdi", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0