DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Qara dənizin dibində nəhəng anbar quraşdırıb

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidQara dəniz, arxiv şəkli
Qara dəniz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Türkiyə tarixində ən böyük təbii qaz kəşfi sayılan Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) ekipajlarının işlərinin bütün gün ərzində davam etdiyi bildirilir.
BAKI, 1 dekabr — Sputnik. Türkiyə dənizin 2200 metr dərinliyində quyulardan gələn Qara dəniz qazını toplayacaq 280 tonluq çən quraşdırıb, əməliyyat iyirmi saat davam edib.
Bundan əvvəl "Sabah" qəzeti Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını yazmışdı. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir. Qara dənizdə kəşf edilən qazın təxmini dəyərinin 400 milyard dollar olduğu bildirilib.
"Qara dəniz qazı quruya bir az da yaxınlaşıb. Dənizin 2200 metr dərinliyindəki sistemdə quyulardan gələn qazı toplayıb magistral boru kəmərinə birləşdirəcək 280 tonluq nəhəng paylayıcı çən quraşdırılıb. 20- saatlıq əməliyyat dəqiqliklə aparılıb.
Türkiyə tarixində ən böyük təbii qaz kəşfi sayılan Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) ekipajlarının işlərinin bütün gün ərzində davam etdiyi bildirilir.
"Quyulardan qazı toplayaraq onu magistral boru kəmərinə birləşdirəcək bu nəhəng "Peçenek" paylayıcı çəni gəmi ilə buraxılışın baş tutacağı Sakarya qaz yatağına çatdırılıb. Burada nəhəng avadanlıqlar dənizin dibinə endirilib. Dəqiqliklə həyata keçirilən əməliyyat nəticəsində xüsusi kranlar və sualtı robotlardan istifadə edilərək yerinə quraşdırılıb. Bütün gecə davam edən əməliyyat 20 saata yaxın davam edib.
Xəbər lenti
0