Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

SWIFT sisteminin analoqu Rusiya və Çinə nə verəcək?

Abunə olmaq
Rusiya və Çin SWIFT sisteminin analoqunun yaradılması üzərində işləyirlər. Yeni ödəniş sisteminin nə vaxt yaradılacağı haqqında ətraflı videomuzda izləyə bilərsiniz.
Qərbin nəzarətində olmayacaq və sanksiyaların zərbəsinə məruz qalmayacaq sistemin yaradılması bu gün aktualdır. Bunu iqtisad elmləri doktoru Aleksey Zubets Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Oxşar SWIFT sistemini yaratmaq çətin deyil, çünki bu, kompüter əsrinin başlanğıcında meydana çıxan 80-ci illərin texnologiyasıdır", - deyə Zubets bildirib.
İqtisadçı vurğulayıb ki, əsas problem bu sistemin yaradılması deyil, onun mövcud maliyyə axınları ilə inteqrasiyasının təmin edilməsidir.
"Belə bir sistemin əsas üstünlüklərindən biri onun müstəqilliyidir. RF və Çinin ticarət tərəfdaşları, Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən və ticari-iqtisadi əlaqələri gücləndirmək istəyən ölkələr ona qoşula bilərlər", - deyə Zubets fikrini yekunlaşdırıb.
Xəbər lenti
0