Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sabirabadda məktəblilər nazirə etiraz etdilər - "Soyuqdan donuruq"

© Photo : Courtesy of Nigar IskanderovaMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.
BAKI, 1 dekabr — Sputnik. Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib.
Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.
"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək", - deyə bildirilib.
Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.
Xəbər lenti
0