SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib

© AFP 2023 / NIKOLAY DOYCHINOVPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
İlham Əliyev Si Cinpinə ünvanladığı məktubda Azərbaycanla Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olduğunu vurğulayıb.
BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, ötən gün səhər saatlarında Çinin keçmiş sədri və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Tszyan Tszemin vəfat edib. Əlavə edək ki, 96 yaşlı Tszemin uzun müddət leykoz xəstəliyindən əziyyət çəkib.
Çinin aparıcı media saytlarının ana səhifələri keçmiş Çin sədri Tszyan Tszeminin vəfatı ilə bağlı ağ və qara rəngə boyanıb. Xüsusilə Çin Mərkəzi Televiziyasının, "Sinxua" Xəbər Agentliyinin, eləcə də "People's Daily", "Guangming Daily", "China Daily", "Huanqiu Shibao", "Global Times" qəzetlərinin internet saytlarının əsas səhifələri ağ-qara rənglərdə nümayiş etdirilir.
Xəbər lenti
0