https://sputnik.az/20221201/dsx-nin-herbcisinin-ozunu-gullelemesi-ile-bagli-cinayet-isi-baslanilib-449172551.html
DSX-nin hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb
DSX-nin hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi... 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T17:56+0400
2022-12-01T17:56+0400
2022-12-01T18:33+0400
dsx
hərbi
qazax
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_0:0:1221:686_1920x0_80_0_0_9efdd726f37b87c3bd95b526985d61a2.jpg
BAKI, 1 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb.Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.Xatırladaq ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
https://sputnik.az/20221201/dsx-nin-herbcisi-ozunu-gulleleyib--449157906.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_152:0:1067:686_1920x0_80_0_0_43d94492d5cdb07e568b9700403a0685.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dsx, qazax
DSX-nin hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb
17:56 01.12.2022 (Yenilənib: 18:33 01.12.2022) Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
BAKI, 1 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Xatırladaq ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.