https://sputnik.az/20221201/cinde-bas-verenler-neft-qiymetlerine-tesir-gosterir-449156989.html
Çində baş verənlər neft qiymətlərinə təsir göstərir
Çində baş verənlər neft qiymətlərinə təsir göstərir
Sputnik Azərbaycan
Ötən həftə neft qiymətləri Çində baş verən etirazlar fonunda 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T21:13+0400
2022-12-01T21:13+0400
2022-12-01T21:13+0400
neft
neft-qaz
opec
opec +
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135169_0:161:3071:1888_1920x0_80_0_0_678ba96287cd0a58ca64f2cc08a019f8.jpg
BAKI, 1 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.London birjasında "Brent" markalı neftin qiyməti 2,40 dollar artaraq 85,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,27 dollar ucuzlaşaraq 80,08 dollar olub.Azərbaycan neftinin qiyməti 2,61 dollar artaraq 87,82 dollar olub.Qeyd edək ki, Çində karantin tədbirlərinin yumşaldılacağı ilə bağlı siqnallardan sonra neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Digər tərəfdən, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və "OPEC plus" nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə hasilatın daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib. Bu da neft bazarına təsir göstərir."OPEC plus" nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.Onu da bildirək ki, ötən həftə neft qiymətləri Çində baş verən etirazlar fonunda 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. Dünyanın ən böyük xam neft idxalçısı olan Çində pandemiya ilə bağlı sərt karantin tədbirlərinə qarşı etirazlar keçirilib. Bu da ciddi şəkildə neft bazarına təsir göstərib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135169_170:0:2901:2048_1920x0_80_0_0_b39c0b3bc98806bc3b5d7ff7193ef9a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec, opec +
Çində baş verənlər neft qiymətlərinə təsir göstərir
Ötən həftə neft qiymətləri Çində baş verən etirazlar fonunda 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
BAKI, 1 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
London birjasında "Brent" markalı neftin qiyməti 2,40 dollar artaraq 85,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,27 dollar ucuzlaşaraq 80,08 dollar olub.
Azərbaycan neftinin qiyməti 2,61 dollar artaraq 87,82 dollar olub.
Qeyd edək ki, Çində karantin tədbirlərinin yumşaldılacağı ilə bağlı siqnallardan sonra neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Digər tərəfdən, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və "OPEC plus" nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə hasilatın daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib. Bu da neft bazarına təsir göstərir.
"OPEC plus" nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
Onu da bildirək ki, ötən həftə neft qiymətləri Çində baş verən etirazlar fonunda 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. Dünyanın ən böyük xam neft idxalçısı olan Çində pandemiya ilə bağlı sərt karantin tədbirlərinə qarşı etirazlar keçirilib. Bu da ciddi şəkildə neft bazarına təsir göstərib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.