https://sputnik.az/20221201/ceyhun-bayramov-cexiya-xarici-isler-naziri-ile-ne-danisib--449164084.html
Ceyhun Bayramov Çexiya xarici işlər naziri ilə nə danışıb?
Ceyhun Bayramov Çexiya xarici işlər naziri ilə nə danışıb?
Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T15:14+0400
2022-12-01T15:14+0400
2022-12-01T15:14+0400
ceyhun bayramov
siyasət
xarici işlər nazirliyi
çexiya
çexiya respublikası
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449163922_0:68:1280:788_1920x0_80_0_0_53b95398c8ff22ff976e9b434ce8eb14.jpg
BAKI, 1 dekabr — Sputnik. Dekrabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Çexiya xarici işlər naziri Yan Lipavski ilə görüşüb.Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.Nazir Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqtisadi-ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib.Görüşdə tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449163922_112:0:1249:853_1920x0_80_0_0_e6e824b086e3f7715fea8d7031490946.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər nazirliyi, çexiya, çexiya respublikası
ceyhun bayramov, xarici işlər nazirliyi, çexiya, çexiya respublikası
Ceyhun Bayramov Çexiya xarici işlər naziri ilə nə danışıb?
Nazir Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
BAKI, 1 dekabr — Sputnik. Dekrabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Çexiya xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
Nazir Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqtisadi-ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib.
Görüşdə tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.