Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda köpüklü şərabların istehsalına başlanılır

© Sputnik / Mediabanka keçidŞərab satışı, arxiv şəkli
Şərab satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
"Abrau-Durso" Şirkətlər Qrupu 2023-cü ildə 4 milyon şüşə istehsal etmək və ixracatda sənaye liderlərindən birinə çevrilmək niyyətindədir.
BAKI, 1 dekabr — Sputnik. Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan "Abrau-Durso" Şirkətlər Qrupu Azərbaycanda özünün istehsal sahəsində – "Şəki Şərab" zavodunda köpüklü şərabların istehsalını təşkil etməyi planlaşdırır.
Bununla bağlı Bakıda təqdimatlar keçirilib.
Təqdimatda bildirilib ki, şirkət 2023-cü ildə 4 milyon şüşə istehsal etmək və ixracatda sənaye liderlərindən birinə çevrilmək niyyətindədir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevin sözlərinə görə, Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı AZPROMO-nun qarşısında duran ən mühüm vəzifələrdəndir: "Abrau-Durso" Şirkətlər Qrupunun Azərbaycanda biznesini inkişaf etdirmək qərarına gəlməsindən məmnunuq. İnanırıq ki, şirkət üzərinə götürdüyü öhdəlikləri çərçivəsində həm müəssisəni yeni səviyyəyə qaldıracaq, həm də onun şərab məhsullarının ixrac potensialını xarici bazarlarda reallaşdıracaq".
"Abrau-Durso" Şirkətlər Qrupu, həmçinin turizm və enoqastronomiya sahəsində layihələrini təqdim edib.
Xəbər lenti
0