Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstədən analiz götürmədən diaqnoz qoymaq olar?

© AP Photo / Esteban FelixXəstə
Xəstə - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Nazirliyin mütəxəssisi deyib ki, ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur.
BAKI, 29 noyabr — Sputnik. Təcrübəli həkim yalnız tək gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova bildirib.
K.Kərimova qeyd edib ki, bununla belə, lazım olan müayinələrdən imtina edilməməlidir: "Çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.
Onun sözlərinə görə, ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir:
"Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında, məsələn, daxili orqanların (qara ciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozğunluqlarını vaxtında aşkar edib qarşısını almaq olur".
Xəbər lenti
0