https://sputnik.az/20221130/vladimir-pozner-rusiyada-genc-azerbaycanli-opera-mugennisine-destek-olub-449133247.html
Vladimir Pozner Rusiyada gənc azərbaycanlı opera müğənnisinə dəstək olub
Vladimir Pozner Rusiyada gənc azərbaycanlı opera müğənnisinə dəstək olub
Sputnik Azərbaycan
Rusiyanın tanınmış jurnalisti Məhərrəm Hüseynovun iştirakı ilə keçirilən opera tamaşasında olub və onun ifasından hədsiz həzz alıb. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T20:46+0400
2022-11-30T20:46+0400
2022-11-30T20:47+0400
rusiya
mədəniyyət
azərbaycan
opera
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449125372_0:0:1281:721_1920x0_80_0_0_6a2ec3b988e87d5cbfa2075e9207d9ed.jpg
BAKI, 30 noyabr — Sputnik. Rusiyalı teleaparıcı və jurnalist Vladimir Pozner Mariinski teatrının səhnəsində çıxış edən azərbaycanlı opera müğənnisi Məhərrəm Hüseynova dəstək olub.Sənətçi Qaetano Donizettinin eyni adlı operasında Don Paskuale rolunu oynayıb.Məhərrəm öz partiyasını o qədər peşəkarlıqla ifa edib ki, Pozner tamaşanın sonunda səhnə arxasına keçib və əla ifasına görə şəxsən ona təşəkkür edib, hətta onunla şəkil də çəkdirib.Tamaşanın premyerası bu yay keçirilib. Tamaşanı dirijor Valeri Gergiyev idarə edib.Xatırladaq ki, bu günlərdə Hüseynov "Debüt" nominasiyası üzrə Rusiya Milli Opera Mükafatı olan "Onegin"ə layiq görülüb.Məhərrəm Hüseynov Bakıda Leopold və Mstislav Rostropoviçlər adına Musiqi Məktəbini bitirib, çoxsaylı müsabiqələrin laureatıdır, Qalina Vişnevskaya (Rusiya) və Tom Krausun (Finlandiya) ustad dərslərində iştirak edib. 2013-cü ildən Ozimo Akademiyasında (İtaliya) təhsilini davam etdirir. Onun ilk debütü Teatro la Nuova Fenice di Osimoda, Bizenin "Karmen" (Moralesin partiyası) tamaşasında olub.Hüseynov eyni adlı operada Don Covanni partiyasını ifa edən ən gənc solistdir. Bu gün o, Mariinski teatrının tamaşalarında məşğuldur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449125372_0:0:1281:961_1920x0_80_0_0_b8db31d3e4ca48a0792a770ed7cf43a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
rusiya, azərbaycan, opera
rusiya, azərbaycan, opera
Vladimir Pozner Rusiyada gənc azərbaycanlı opera müğənnisinə dəstək olub
20:46 30.11.2022 (Yenilənib: 20:47 30.11.2022) Rusiyanın tanınmış jurnalisti Məhərrəm Hüseynovun iştirakı ilə keçirilən opera tamaşasında olub və onun ifasından hədsiz həzz alıb.
BAKI, 30 noyabr — Sputnik. Rusiyalı teleaparıcı və jurnalist Vladimir Pozner Mariinski teatrının səhnəsində çıxış edən azərbaycanlı opera müğənnisi Məhərrəm Hüseynova dəstək olub.
Sənətçi Qaetano Donizettinin eyni adlı operasında Don Paskuale rolunu oynayıb.
Məhərrəm öz partiyasını o qədər peşəkarlıqla ifa edib ki, Pozner tamaşanın sonunda səhnə arxasına keçib və əla ifasına görə şəxsən ona təşəkkür edib, hətta onunla şəkil də çəkdirib.
Tamaşanın premyerası bu yay keçirilib. Tamaşanı dirijor Valeri Gergiyev idarə edib.
Xatırladaq ki, bu günlərdə Hüseynov "Debüt" nominasiyası üzrə Rusiya Milli Opera Mükafatı olan "Onegin"ə layiq görülüb.
Məhərrəm Hüseynov Bakıda Leopold və Mstislav Rostropoviçlər adına Musiqi Məktəbini bitirib, çoxsaylı müsabiqələrin laureatıdır, Qalina Vişnevskaya (Rusiya) və Tom Krausun (Finlandiya) ustad dərslərində iştirak edib. 2013-cü ildən Ozimo Akademiyasında (İtaliya) təhsilini davam etdirir. Onun ilk debütü Teatro la Nuova Fenice di Osimoda, Bizenin "Karmen" (Moralesin partiyası) tamaşasında olub.
Hüseynov eyni adlı operada Don Covanni partiyasını ifa edən ən gənc solistdir. Bu gün o, Mariinski teatrının tamaşalarında məşğuldur.