Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından bir il ötür

© Photo : State Border Service of Azerbaijan RepublicDSX-nın Mi-8 helikopteri
DSX-nın Mi-8 helikopteri - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb/
BAKI, 30 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.
2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Qaraheybətdə şəhid olanların dəfn mərasimi
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:
Şəhid olan hərbçilərin adları:
1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;
2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. Mayor Mayılov Emil Şahid oğlu;
6. Mayor Məmmədov Murad Yaşar oğlu;
7. Mayor Əliyev Emil Elman oğlu;
8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. Leytenant Süleymanov Abdulla Telman oğlu;
13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).
© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Qaraheybətdə şəhid olanların dəfn mərasimi
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin noyabrın 30-da təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair ötən ilin dekabrın 20-də Baş Prokurorluqda brifinq keçirilib.
Brifinqdə Baş prokurorun birinci müavini Elçin Məmmədov , Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, İstintaq idarəsinin rəis müavini, helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Tural Aslanov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, ekspertlər, mətbuat nümayəndələri iştirak ediblər. Məlumat verilib ki, helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Aparılmış intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyənləşdirilib ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiqlənmiş plana əsasən aparıcı müəyyən edilən DSX-nin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri noyabrın 30-da saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxıb, onun ardınca təlimdə iştirak edən digər - eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlayıb. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirib. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb. Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilmiş digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilib. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş edib. Bildirilib ki, qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiyanın Kazan şəhərindəki zavodda istehsal olunub və müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara verilib. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi - qara qutu ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılıb. 2020-ci ilin sentyabrında müvafiq təlimata uyğun olaraq, helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən, Rusiyanın Saratov vilayətindəki zavoda göndərilib. Cari ilin aprelində müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirib. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkarlanmayıb. Məlumat verilib ki, qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən olunmayıb. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiqlənmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib. Bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar olunmayıb. Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi - qara qutu hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılıb. Uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim olunub. Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiqləyən sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, qəzaya pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər səbəb olub. Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib. Həmin vaxt helikopterin sürəti 141 kilometr-saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub.
© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Qaraheybətdə şəhid olanların dəfn mərasimi
Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 kilometr-saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddətdə pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər. İstintaqla müəyyən edilib ki, helikopterin qəzaya uğraması pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qısa zaman kəsiyində, yəni, uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib.
Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olub ki, bu da nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarəedilməz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olub.
Daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib.
Qeyd edilib ki, aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən, qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.
Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb. Onlardan 2-si aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-si isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Xəbər lenti
0