DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda terror baş verib - Ölən və yaralananlar var

© AFP 2024 / BULENT KILICPartlayışdan sonra, arxiv şəkli
Partlayışdan sonra, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
İlkin məlumatlara görə, terrorçu üzərindəki partlayıcı qurğunu polislərin mühafizəsi altında olan poliomielit peyvəndi mərkəzinin yaxınlığında işə salıb.
BAKI, 30 noyabr — Sputnik. Pakistanın cənub-qərbində yerləşən Belucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində polis əməkdaşı və azyaşlı uşaq həyatını itirib, daha 24 nəfər yaralanıb.
Xarici medianın yazdığına görə, yaralananlar arasında hüquq-mühafizə orqanlarının 15 əməkdaşı da var.
İlkin məlumatlara görə, terrorçu üzərindəki partlayıcı qurğunu polislərin mühafizəsi altında olan poliomielit peyvəndi mərkəzinin yaxınlığında işə salıb.
Partlayışın məsuliyyətini "Taliban"ın Pakistan qanadı (Tehrik-i-Taliban) üzərinə götürüb. Hücum silahlılarla hökumət arasında barışıq başa çatdıqdan sonra baş verib.
Pakistanın hakimiyyət orqanları noyabrın 28-də Pəncab, Sind və Bəlucistan əyalətlərinin 23 regionunda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb.
Pakistanda bir sıra qruplaşmalar poliomielitə qarşı 2020-ci ildən aparılan kütləvi peyvəndləmənin əleyhinə çıxırlar. Peyvənd məntəqələrinə, həkimlərə və təhlükəsizlik qüvvələrinə hücum edən radikalların fikrincə, poliomielitlə bu cür mübarizə guya Qərbin "Uşaqları sterilizasiya etmək və İslam dəyərlərini sarsıtmaq" planının bir hissəsidir.
Xatırladaq ki, "Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bazar ertəsi günü Pakistan hökuməti ilə razılaşdırılmış atəşkəs rejimini ləğv etdiyini və qruplaşma döyüşçülərinə ölkə daxilində hücumlar həyata keçirməyi əmr etdiyini bildirib.
Pakistan hökuməti və qeyri-qanuni "Təhrik-e-Taliban Pakistan" bu il may ayının sonunda qeyri-müəyyən atəşkəs haqqında razılığa gəlib.
"Təhrik-e-Taliban Pakistan", ABŞ, Böyük Britaniya və Kanada hökumətləri tərəfindən terror qruplaşması elan edilib.
Müxtəlif qrupların nümayəndələrindən yaradılmış “Təhrik-e-Taliban Pakistan” Pakistan və Hindistan hökumətlərinə qarşı çıxır, öz təsirini bu dövlətlərin bir sıra ərazilərinə genişləndirməyə çalışır.
Eyni zamanda Əfqanıstan Talibanı "Təhrik-e-Taliban Pakistan " hərəkatı ilə əlaqəni inkar edir.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.
Xəbər lenti
0