https://sputnik.az/20221130/neft-bahalasib---diqqetler-opec-in-toplantisinda-449116345.html
Neft bahalaşıb - Diqqətlər OPEC-in toplantısında
Neft bahalaşıb - Diqqətlər OPEC-in toplantısında
Sputnik Azərbaycan
Dekabrın 4-də Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T11:01+0400
2022-11-30T11:01+0400
2022-11-30T11:01+0400
neft
neft-qaz
qiymət
opec
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888785_0:0:3072:1728_1920x0_80_0_0_2c956c3ad0a0dfe0144c7b293d9cacfb.jpg
BAKI, 30 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,87 dollar artaraq 83,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar bahalaşaraq 78,74 dollar olub.Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 dollar və ya 1,4% artaraq 85,21 dollar təşkil edib.Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888785_301:0:3032:2048_1920x0_80_0_0_f421cb48d0ab158949f50a90f5245a19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, opec
Neft bahalaşıb - Diqqətlər OPEC-in toplantısında
Dekabrın 4-də Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək.
BAKI, 30 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,87 dollar artaraq 83,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar bahalaşaraq 78,74 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 dollar və ya 1,4% artaraq 85,21 dollar təşkil edib.
Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.
“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.