https://sputnik.az/20221130/kohne-avtomobil-idxalinin-mehdudlasdirilmasi-ucun-tedbirler-gorulur---rasim-settarzade-449133731.html
Köhnə avtomobil idxalının məhdudlaşdırılması üçün tədbirlər görülür - Rasim Səttarzadə
Köhnə avtomobil idxalının məhdudlaşdırılması üçün tədbirlər görülür - Rasim Səttarzadə
Sputnik Azərbaycan
Nazirlik rəsmisinin sözlərinə görə, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkədə qəbul edilən dövlət proqramlarında yer alıb. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T22:16+0400
2022-11-30T22:16+0400
2022-11-30T22:16+0400
avtomobil
cəmiyyət
idxal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_0:74:1601:974_1920x0_80_0_0_70fd3b727932f2f86396c0a207317d0c.jpg
BAKI, 30 noyabr — Sputnik. Ətraf mühitə, eləcə də, iqlim dəyişmələrinə mənfi təsirləri minimuma endirmək, o cümlədən nəqliyyat vasitələrindən atmosferə atılmaların qarşısını almaq məqsədilə ölkədə beynəlxalq təcrübəyə əsasən tədbirlər görülür. Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.O qeyd edib ki, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkədə qəbul edilən dövlət proqramlarında yer alıb. İstehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, elektromobillərin, eyni zamanda enerji doldurucularının idxalının və satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan azad olunması kimi stimullaşdırıcı tədbirlərin tətbiqi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin əlçatanlığını artırır.R.Səttarzadənin sözlərinə görə, köhnə avtomobillərin ətraf mühitə mənfi təsirinin olduqca çox olduğunu nəzərə alaraq, belə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması üçün artıq ölkəmizdə bir sıra tədbirlər görülür.Xatırladaq ki, ötən həftə Rasim Səttarzadə bildirib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, köhnə avtomobillərin utilizasiyasına dair proqram hazırlanmalıdır:“Həmin proqram hazırdır. Proqram artıq ölkədə istismarda və qeydiyyatda olan avtomobillərin, özünü mənəvi və fiziki cəhətdən köhnəlmiş və avtomobil də adlandırılması çətin olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlıdır. İnanırıq ki, yaxın zamanda bu proqramın razılaşdırılma prosesi artıq yekunlaşacaq. Biz həmin proqramı tətbiq etməklə müəyyən qədər ölkədə artıq öz ömrünü sürmüş avtomobillərin utilizasiyasına, həm də avtomobillərin dövriyyədən çıxarılmasına nail ola biləcəyik”.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_116:0:1415:974_1920x0_80_0_0_15170c3d4a47f6fb72e5f6ad3989364a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, idxal, azərbaycan
avtomobil, idxal, azərbaycan
Köhnə avtomobil idxalının məhdudlaşdırılması üçün tədbirlər görülür - Rasim Səttarzadə
Nazirlik rəsmisinin sözlərinə görə, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkədə qəbul edilən dövlət proqramlarında yer alıb.
BAKI, 30 noyabr — Sputnik. Ətraf mühitə, eləcə də, iqlim dəyişmələrinə mənfi təsirləri minimuma endirmək, o cümlədən nəqliyyat vasitələrindən atmosferə atılmaların qarşısını almaq məqsədilə ölkədə beynəlxalq təcrübəyə əsasən tədbirlər görülür. Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkədə qəbul edilən dövlət proqramlarında yer alıb. İstehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, elektromobillərin, eyni zamanda enerji doldurucularının idxalının və satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan azad olunması kimi stimullaşdırıcı tədbirlərin tətbiqi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin əlçatanlığını artırır.
R.Səttarzadənin sözlərinə görə, köhnə avtomobillərin ətraf mühitə mənfi təsirinin olduqca çox olduğunu nəzərə alaraq, belə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması üçün artıq ölkəmizdə bir sıra tədbirlər görülür.
"İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinə yüksəldici aksiz əmsalının tətbiq olunması məsələnin həllinə bir qədər kömək edəcək. Eyni zamanda, köhnə nəqliyyat vasitələrindən istifadənin mərhələlərlə məhdudlaşdırılması, istismar dövrünü başa vurmuş avtomobillərin utilizasiyası və dövriyyədən çıxarılması son dərəcə vacibdir. Hazırda razılaşdırma mərhələsində olan mexaniki nəqliyyat vasitələrinin utilizasiyası proqramının qəbul olunması nəqliyyat parkının yenilənməsi ilə bərabər köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması vasitəsilə tullantıların idarə olunmasının təkmilləşdirilməsinə də öz töhfəsini verəcək".
Xatırladaq ki, ötən həftə Rasim Səttarzadə bildirib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, köhnə avtomobillərin utilizasiyasına dair proqram hazırlanmalıdır:
“Həmin proqram hazırdır. Proqram artıq ölkədə istismarda və qeydiyyatda olan avtomobillərin, özünü mənəvi və fiziki cəhətdən köhnəlmiş və avtomobil də adlandırılması çətin olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlıdır. İnanırıq ki, yaxın zamanda bu proqramın razılaşdırılma prosesi artıq yekunlaşacaq. Biz həmin proqramı tətbiq etməklə müəyyən qədər ölkədə artıq öz ömrünü sürmüş avtomobillərin utilizasiyasına, həm də avtomobillərin dövriyyədən çıxarılmasına nail ola biləcəyik”.