https://sputnik.az/20221130/ermenistanin-ikili-oyunlari-sulh-prosesi-ne-yerdedir-449142634.html
Ermənistanın ikili oyunları: sülh prosesi nə yerdədir?
Ermənistanın ikili oyunları: sülh prosesi nə yerdədir?
Sputnik Azərbaycan
Politoloq bildirib ki, hazırda sülh istiqamətində yaxşı bir potensial olsa da, Ermənistan bu ümidləri puça çıxarır. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T20:11+0400
2022-11-30T20:11+0400
2022-11-30T20:11+0400
ermənistan
siyasət
sülh
proses
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437291035_0:277:2656:1771_1920x0_80_0_0_88252163edc8067d174426c2d5fdf8f6.jpg
BAKI, 30 noyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycandan sülh təkliflərimizə cavab almışıq fikirlərinə Azərbaycan XİN-in reaksiyası özünü çox gözlətmədi. Azərbaycan XİN-dən bildirildi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində "Armenpress" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir.Sputnik Azərbaycan sülh danışıqları kontekstində cərəyan edən proseslərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.Politoloq İlyas Hüseynov bildirib ki, hazırda sülh istiqamətində yaxşı bir potensial olsa da, Ermənistan bu ümidləri də puça çıxardır:"Xüsusən ölkə liderləri səviyyəsində dekabrın 7-də keçirilməsi nəzərdə tutulmuş Brüssel görüşünü qeyd etmək istərdim. Burada Ermənistan tərəfinin Fransa prezidentinin iştirakında israr etməsi Azərbaycan tərəfindən qəbuledilməz sayılır. Çünki Fransa Azərbaycana qarşı tutduğu qərəzli mövqeyə görə, bu görüşdə vasitəçi kimi çıxış etmək haqqını itirib".Politoloqun sözlərinə görə, Praqa görüşündən sonra Makronun Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətini ortaya qoyması buna səbəb olub:"Praqa və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən qəbul olunmuşdu. Bununla bağlı Alma-Ata bəyannaməsinə istinad edildi. Bütün bunlar tərəflərin sülhə doğru addımlaması üçün böyük fürsətlər açırdı. İndi də görürük ki, Ermənistan XİN rəhbəri Azərbaycanın sülh təkliflərinə manipulyativ açıqlamalarla reaksiya verir. Bu gün Azərbaycan müharibənin qalib tərəfidir və onun narrativləri üstünlük təşkil edir. Azərbaycanın sülh istiqamətində niyyətləri vasitəçilər tərəfindən də dəstəklənir," – deyə o qeyd edib.Politoloq vurğulayıb ki, Ermənistanın Qərb və Rusiya arasında ikili oynamaq niyyətləri müsbət qarşılanmır:"ABŞ Dövlət Katibinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefonda yüksək tonda danışması da bunu göstərir. Dekabrın 7-də nəzərdə tutulmuş ənənəvi formatdakı görüş baş tutsa, bu Aİ-nin ayağına yazılacaq. Bununla da Aİ öz qətiyyətini və prinsipiallığını göstərmiş olacaq. Əks təqdirdə, bu Aİ-nin regiondakı nüfuzuna mənfi təsir göstərəcək".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437291035_0:28:2656:2020_1920x0_80_0_0_3a070874dfc16ad8c592d7e46c916824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, sülh, proses, azərbaycan
ermənistan, sülh, proses, azərbaycan
Ermənistanın ikili oyunları: sülh prosesi nə yerdədir?
Politoloq bildirib ki, hazırda sülh istiqamətində yaxşı bir potensial olsa da, Ermənistan bu ümidləri puça çıxarır.
BAKI, 30 noyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycandan sülh təkliflərimizə cavab almışıq fikirlərinə Azərbaycan XİN-in reaksiyası özünü çox gözlətmədi. Azərbaycan XİN-dən bildirildi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində "Armenpress" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir.
Sputnik Azərbaycan sülh danışıqları kontekstində cərəyan edən proseslərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, hazırda sülh istiqamətində yaxşı bir potensial olsa da, Ermənistan bu ümidləri də puça çıxardır:
"Xüsusən ölkə liderləri səviyyəsində dekabrın 7-də keçirilməsi nəzərdə tutulmuş Brüssel görüşünü qeyd etmək istərdim. Burada Ermənistan tərəfinin Fransa prezidentinin iştirakında israr etməsi Azərbaycan tərəfindən qəbuledilməz sayılır. Çünki Fransa Azərbaycana qarşı tutduğu qərəzli mövqeyə görə, bu görüşdə vasitəçi kimi çıxış etmək haqqını itirib".
Politoloqun sözlərinə görə, Praqa görüşündən sonra Makronun Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətini ortaya qoyması buna səbəb olub:
"Həmçinin Fransa senatında Azərbaycan əleyhinə qətnamə qəbul edildi. Bununla da Fransa Avropa İttifaqının sülh istiqamətində təşəbbüslərinə zərbə vurur. Təbii olaraq, Ermənistan da Fransanın bu addımlarını dəstəkləyir. Ancaq ilin sonuna bir ay vaxt qalıb və sülh müqaviləsi, nə də onun ilkin variantının olacağına ümidlər var. Görünür ki, bu nizamlanma prosesi gələn ilə qalacaq".
"Praqa və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən qəbul olunmuşdu. Bununla bağlı Alma-Ata bəyannaməsinə istinad edildi. Bütün bunlar tərəflərin sülhə doğru addımlaması üçün böyük fürsətlər açırdı. İndi də görürük ki, Ermənistan XİN rəhbəri Azərbaycanın sülh təkliflərinə manipulyativ açıqlamalarla reaksiya verir. Bu gün Azərbaycan müharibənin qalib tərəfidir və onun narrativləri üstünlük təşkil edir. Azərbaycanın sülh istiqamətində niyyətləri vasitəçilər tərəfindən də dəstəklənir," – deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, Ermənistanın Qərb və Rusiya arasında ikili oynamaq niyyətləri müsbət qarşılanmır:
"ABŞ Dövlət Katibinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefonda yüksək tonda danışması da bunu göstərir. Dekabrın 7-də nəzərdə tutulmuş ənənəvi formatdakı görüş baş tutsa, bu Aİ-nin ayağına yazılacaq. Bununla da Aİ öz qətiyyətini və prinsipiallığını göstərmiş olacaq. Əks təqdirdə, bu Aİ-nin regiondakı nüfuzuna mənfi təsir göstərəcək".