SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

© Photo : Twitter / Mevlüt ÇavuşoğluAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Azərbaycan xarici işlər naziri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə gedib.
BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azərtac xəbər verir ki, bu barədə nazir tviter səhifəsində paylaşım edib. Nazir Ceyhun Bayramov qeyd edib ki, görüşdə iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub: “Hər zaman bir yerdə, bir millət iki dövlət”.
Xatırladaq ki, 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə gedib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq.
Xəbər lenti
0