Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Bu gün mundialın qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək

© AFP 2023 / KIRILL KUDRYAVTSEVArgentina futbolçularının qol sevinci
Argentina futbolçularının qol sevinci - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.
BAKI, 30 noyabr — Sputnik. Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək. Oyun günündə C və D qruplarında mübarizəyə yekun vurulacaq.
C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika oyunları keçiriləcək. "Stadium 974"də oynanılacaq Polşa - Argentina matçını niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək. "Lusail" stadionunda keçiriləcək digər matç isə Maykl Oliverə (İngiltərə) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hesabında 4 xal olan Polşa millisi qrupa liderlik edir. Argentina və Səudiyyə Ərəbistanı milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Meksikanın isə aktivində 1 xal var.
D qrupu çərçivəsində isə Avstraliya-Danimarka və Tunis-Fransa matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. "Əl Canub" stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. "Edukeyşn Siti" stadionunda təşkil olunacaq digər oyun isə ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb.
Fransa millisi 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya 3 xalla ikinci, Danimarka və Tunis isə 1 xalla üçüncü-dördüncü yerdədirlər.
Qeyd edək ki, Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.
Xəbər lenti
0