CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qrup şəxsə "Əməkdar jurnalist" fəxri adı və Prezidentin fərdi təqaüdü verilib

jurnalist - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib.
BAKI, 30 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə "Əməkdar jurnalist" fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, aşağıdakı şəxslərə "Əməkdar jurnalist" fəxri adı verilib:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
Aşağıdakı şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xəbər lenti
0