https://sputnik.az/20221130/azerbaycanli-tallin-film-festivalinin-en-yaxsi-aktyoru-oldu--video-449133992.html
Azərbaycanlı Tallin Film Festivalının ən yaxşı aktyoru oldu – video
Azərbaycanlı Tallin Film Festivalının ən yaxşı aktyoru oldu – video
Sputnik Azərbaycan
Tallində rejissor Fariz Əhmədovun filminin premyerası uğurla keçirilib, filmdəki baş rolun ifaçısı mükafat alıb. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T16:37+0400
2022-11-30T16:37+0400
2022-11-30T16:37+0400
film
mədəniyyət
tallinn
festival
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_0:151:3077:1881_1920x0_80_0_0_3df8613d08d97812024bb087f4924688.jpg
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanın xalq artisti Qurban İsmayılov "Mərmər soyuğu" filmindəki roluna görə "Qara gecələr" (PÖFF) Tallin Film Festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyasının qalibi olub.Layihə çərçivəsində filmin Avropa premyerası baş tutub. Film "Azərbaycanfilm" kinostudiyasının, İctimai Televiziyanın, Bakı Media Mərkəzinin, Arizona Films (Fransa) və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə istehsalının məhsuludur."Mərmər soyuğu" filminin rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim üzrə rəssamı Şahin Həsənli, qrimçi Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, baş prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir.Filmin çəkilişləri Azərbaycanda baş tutub, səsləndirilməsi isə Parisdə işlənib. Kinolentin süjeti uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_158:0:2887:2047_1920x0_80_0_0_454f92a2a3fe77698e8448526a1f8701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
film, tallinn, festival
Azərbaycanlı Tallin Film Festivalının ən yaxşı aktyoru oldu – video
Tallində rejissor Fariz Əhmədovun filminin premyerası uğurla keçirilib, filmdəki baş rolun ifaçısı mükafat alıb.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanın xalq artisti Qurban İsmayılov "Mərmər soyuğu" filmindəki roluna görə "Qara gecələr" (PÖFF) Tallin Film Festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyasının qalibi olub.
Layihə çərçivəsində filmin Avropa premyerası baş tutub. Film "Azərbaycanfilm" kinostudiyasının, İctimai Televiziyanın, Bakı Media Mərkəzinin, Arizona Films (Fransa) və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə istehsalının məhsuludur.
"Mərmər soyuğu" filminin rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim üzrə rəssamı Şahin Həsənli, qrimçi Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, baş prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir.
Filmin çəkilişləri Azərbaycanda baş tutub, səsləndirilməsi isə Parisdə işlənib. Kinolentin süjeti uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.